Sloveniyada daşqın nəticəsində ölənlərin sayı 6 nəfərə ÇATDI 

Hazırda oxunan: Sloveniyada daşqın nəticəsində ölənlərin sayı 6 nəfərə ÇATDI 

149874

Sloveniyanın mərkəzində, şimal, şərq və qərb bölgələrində sel nəticəsində həyatını itirənlərin sayı 6-ya yüksəlib. 

Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, avqustun 7-də ölkənin Mirna Peç bələdiyyəsinin İvanja kəndi ərazisindən keçən Temenica çayında kişi meyiti tapılıb. 

Qeyd edək ki, Sloveniya polisi avqustun 4-də baş verən daşqın nəticəsində 5 nəfərin öldüyünü bildirmişdi. 

Sloveniyanın Ətraf Mühit Agentliyi də leysan yağışlar səbəbindən fövqəladə vəziyyət elan edildiyini açıqlayıb və insanlara evlərini tərk etməmələri barədə xəbərdarlıq edib. Sloveniyanın Baş naziri Robert Qolob bəyan edib ki, daşqının ölkəyə vurduğu ziyan 500 milyon avronu keçə bilər. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin