Dünyaca məşhur supermodel Bella Hadidin həyatındakı “qara zolaq” davam edir. Əvvəlcə sevgilisi Mark Kalmandan ayrılan 26 yaşlı model daha sonra uzun müddət sosial şəbəkələrdən yoxa çıxıb. Hətta şayiələr yayıldı ki, sevgilisi ilə ayrıldıqdan sonra ulduz yenidən alkoqola qurşanıb və reabilitasiyaya başlayıb.
Bizim.Media xəbər verir ki, uzun müddətdən sonra Bella sosial şəbəkə hesabında qayıdaraq, həyatında baş verənlərlə bağlı geniş açıqlama verib.
Modelin sözlərinə görə, o, son vaxtlar 2012-ci ildə ona diaqnoz qoyulan “Laym” xəstəliyinin simptomlarının kəskinləşməsindən əziyyət çəkib.
Bella bu çətin dövrdə anasına, həkimlərinə, qohumlarına, həmkarlarına və pərəstişkarlarına göstərdikləri dəstəyə görə təşəkkür etdiyi emosional paylaşım edib, həmçinin müalicə zamanı müxtəlif illərdə çəkilmiş səmimi fotolarını paylaşıb.
“Zaman keçdikcə daha da pisləşən bu vəziyyətdə yaşamaq, eyni zamanda işləmək, özümə, ailəmə və mənə dəstək olan insanlara mənimlə fəxr etməyə səbəb verməyə çalışmaq mənim üçün o qədər ciddi sınaq oldu ki, təsvir etmək belə mümkün deyil.
Ən böyük imtiyazlara və imkanlara malik olmaqla və sevgi ilə əhatə olunarkən özünü xəstə və kədərli hiss etmək olduqca çaşqınlıqdır”, - deyə Hadid yazıb.
Podium ulduzu, bir neçə aydır səhhəti ilə bağlı narahat olan pərəstişkarlarını da sakitləşdirməyə çalışıb:
“Sizə çatdırmaq istədiyim odur ki, birincisi, mən yaxşıyam və narahat olmağa dəyməz. Bu “100+” gün şəfa və demək olar ki, 15 il görünməmiş əzab üçün çox minnətdaram. Bütün həyatım boyu sevgini yaymağı bacarsam və tamamilə özüm ola bilsəm, hər şeyə dəyər...”.
Emosional mesajının sonunda Bella izləyicilərinə hazır olanda geri qayıdacağına söz verib.
Rəşad Əliyev, Bizim.Media
- A-
- A
- A+
Şoutaym
11:22 / 07.08.2023
Şəxsi həyatı və sağlamlığı alt-üst olan Bella Hadid üzə çıxdı - FOTO
Hazırda oxunan: Şəxsi həyatı və sağlamlığı alt-üst olan Bella Hadid üzə çıxdı - FOTO
Hazırda oxunan: Şəxsi həyatı və sağlamlığı alt-üst olan Bella Hadid üzə çıxdı - FOTO
149796
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.