"Aliment tələbinə dair məhkəmə qərarlarının çoxu yerinə yetirilmir".
Bizim.Media xəbər verir ki, bunu Milli Məclisinin Ailə, Qadın və Uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova bildirib.
Onun sözlərinə görə, bu məsələ ilə bağlı millət vəkillərinə müraciət edənlərin sayı olduqca çoxdur.
Millət vəkili qeyd edib ki, problemin aradan qaldırılması üçün ''Aliment Fondu” yaradılmalıdır və aliment verməyən şəxslərin uşaqlarına ödəmələr dövlət tərəfindən həyata keçirilməlidir.
Hicran Hüseynova vurğulayıb ki, aliment ödəməyənlərin həbsi ilə problemi çözmək mümkün deyil. Təbii ki, məhkəmə qərarını icra etməyənlər cəzasını çəkməlidir. Amma, müxtəlif vasitələrlə bu boşluğu doldurmaq lazımdır.
O, əlavə edib ki, məsələ yeniden parlamentdə müzakirəyə çıxarılacaq.
Qeyd edək ki, “Aliment Fondu”nun yaradılması məsələsi bir neçə dəfə Ombudsmanın illik məruzələrinə də daxil edilib.
Sonradan məsələ Milli Məclis səviyyəsində də müzakirə olunsa da, bugünədək fondun yaradılması müsbət həllini tapmayıb.
Mövzu ilə bağlı daha ətraflı videomaterialda:
- A-
- A
- A+
Cəmiyyət
22:50 / 06.08.2023
Aliment verməyənlərin adı reyesterə salına bilər - VİDEO
Hazırda oxunan: Aliment verməyənlərin adı reyesterə salına bilər - VİDEO
Hazırda oxunan: Aliment verməyənlərin adı reyesterə salına bilər - VİDEO
149752
Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.