Bakıda qadın evində öldürülüb. Hadisə dünən Nərimanov rayonu ərazisində yerləşən fərdi yaşayış evlərindən birində baş verib. 19 bıçaq zərbəsi ilə qətlə yetirelən 34 yaşlı Tacirə Salmanova 4 övlad anası olub. Onun böyük övladının 12 yaşı var.
Bizim.Media xəbər verir ki, Teymur Məmmədov həbsxanadan 4 gün əvvəl çıxıb. O, bir neçə dəfə məhkumluq həyatı yaşayıb. Qonşular qətlə yetirilən qadının üzərlik sataraq övladlarını dolandırdığını bildiriblər.
Prokurorluq və polis əməkdaşları tərəfindən keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən 1989-cu il təvəllüdlü Teymur Məmmədov saxlanılıb.
1989-cu il təvəllüdlü Tacirə Salmanovanın kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi faktı ilə bağlı rayon prokurorluğunda cinayət işi başlanıb.
Mövzu ilə bağlı daha ətraflı videomaterialda:
- A-
- A
- A+
Cəmiyyət
21:21 / 06.08.2023
Üzərlik sataraq 4 uşağını dolandıran və əri tərəfindən öldürülən ana - VİDEO
Hazırda oxunan: Üzərlik sataraq 4 uşağını dolandıran və əri tərəfindən öldürülən ana - VİDEO
Hazırda oxunan: Üzərlik sataraq 4 uşağını dolandıran və əri tərəfindən öldürülən ana - VİDEO
149737
Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.