Qəzaya uğrayan rusiyalı müğənni Lada Dens N.N.Burdenko adına xəstəxanaya yerləşdirildikdən sonra Moskva vilayətindəki özəl klinikalardan birinə köçürülüb. Hazırda qadın huşunu itirməyib, ancaq vəziyyəti orta-ağırdır.
Bizim.Media xəbər verir ki, bu barədə TASS-a sənətçinin direktoru Sergey Pudovkin məlumat verib.
O, müğənninin omba nahiyəsindən zədələndiyini, kəllə-beyin travması keçirdiyini və çoxsaylı qançırlar aldığını bildirib.
“Hazırda həkimlərin nəzarəti altındadır. Proqnozlar yaxşıdır”, - Pudovkin yekunlaşdırıb.
Daha əvvəl məlum olmuşdu ki, müğənni Lada Dens Moskva vilayətində baş verən qəzada xəsarət alıb. O, qəza zamanı taksidə olub.
Bizim.Media