Martın 17-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq, mülayim cənub-qərb küləyi əsəcək, günün ikinci yarısında şimal-şərq küləyi ilə əvəz olunacaq.
Bizim.Media xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinndən məlumat verilib.
Bildirilib ki, havanın temperaturu Abşeron yarımadasında gecə 5-7, gündüz 10-13, Bakıda gecə 5-7, gündüz 10-12 dərəcə isti olacaq.
Atmosfer təzyiqi normadan aşağı 757 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 55-60 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər bəzi şimal və qərb rayonlarında yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq, qərb küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 1-6, gündüz 13-18 dərəcə isti, dağlarda gecə 2-7 dərəcə şaxta, gündüz 5-10 dərəcə isti olacaq.
Tibbi-meteoroloji proqnoz
Martın 17-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün nisbətən əlverişlidir.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
09:00 / 17.03.2021
Bu günə olan hava proqnozu
Hazırda oxunan: Bu günə olan hava proqnozu
Hazırda oxunan: Bu günə olan hava proqnozu
14968
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.