Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva martın 16-da Şuşa şəhərində olublar.
Bizim.Media xəbər verir ki, səfər çərçivəsində onlar ermənilərin viran qoyduğu Pənahəli xan sarayına baş çəkiblər.
MÖVZU İLƏ BAĞLI:
İlham Əliyev: "Şuşanın dağları qarlı, dumanlı..." - VİDEO
"Şuşanı quran Pənahəli xan özü üçün burada saray tikdirib. Görün, ermənilər nə günə salıblar bu sarayı?! Tarixi abidə idi. Mənfur düşmən gəlib, bizim torpağımızı zəbt edib, insanları qovub, tarixi abidələri dağıdıb, söküb, vandallıq, barbarlıq edib. Bütün beynəlxalq təşkilatlar gəlsinlər, görsünlər.
Erməniləri müdafiə edən, onları dəstəkləyən, onlara həmişə arxa-dayaq olan qüvvələr gəlsinlər, görsünlər, ermənilər burda nə edib.
Azad edilmiş torpaqlar erməni vəhşiliyinin şahididir. Dünya tarixində belə, buna oxşar vəhşilik, bəlkə də, olmayıb”,- dövlət başçısı sarayın qalıqları olan ərazidə danışarkən qeyd edib.
Prezident həmçinin, Pənahəli xanın sarayının bərpa olunacağını qeyd edib.
Bizim.Media