Polis paytaxtda reydlərə başladı

Hazırda oxunan: Polis paytaxtda reydlərə başladı

149629

“Bakıda mühərrikinin işçi həcmi 50 kub/sm və daha çox, konstruktiv maksimal sürəti saatda 50 kilometrdən artıq olan bütün tipli, markalı və modelli mexaniki nəqliyyat vasitələri ilə bağlı reyd başlayıb”. 

Bizim.Media xəbər verir ki, bu barədə Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin inspektoru, polis mayoru Fuad Sultanov Oxu.Az-ın sorğusuna cavab olaraq danışıb. 

O bildirib ki, qanunda dəyişikliyə əsasən mühərrikin həcmi 50 kub/sm və ondan yuxarı mexaniki nəqliyyat vasitələrinin sürücülərindən A1 kateqoriyası olan sürücülük vəsiqəsi qeydiyyatı tələb olunur. 

“Həmin mexaniki nəqliyyat vasitələrinin sürücülərindən A1 kateqoriyası olan sürücülük vəsiqəsi qeydiyyatı tələb olunur. Olmayanlarla da maarifləndirici söhbət aparılır. Hələ ki, inzibati tədbir görülməyib. Profilaktik tədbirlər davam etdirilir”. 
Qeyd edək ki, “Yol hərəkəti haqqında” qanunun 27-ci maddəsinə edilən dəyişikliyə əsasən, mühərrikinin işçi həcmi 50 kub/sm və daha çox, konstruktiv maksimal sürəti saatda 50 kilometrdən artıq olan bütün tipli, markalı və modelli mexaniki nəqliyyat vasitələri qeydiyyatdan keçməlidirlər. Onlarda A1 sürücülük vəsiqəsi olmalıdır. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin