Bu gün Prezident İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva və qızları Leyla Əliyeva Şuşa şəhərində olublar.
Bizim.Media xəbər verir ki, Mehriban Əliyeva səfərlə bağlı sosial şəbəkə hesabında paylaşım edib.
"Əziz bacılar və qardaşlar!
Bu gün - Torpaq çərşənbəsi günündə biz yenidən doğma Şuşa şəhərimizi ziyarət etdik. Səfərimizin görüntülərini böyük məmnuniyyətlə sizinlə paylaşıram. Hər birinizə möhkəm cansağlığı, uzun ömür, xoşbəxtlik və əmin-amanlıq arzulayıram! Vətən uğrunda həlak olmuş bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm! Uca Tanrı sizi və doğmalarınızı qorusun!
Dərin hörmət və sevgilərlə,
Sizin MEHRİBAN",- deyə Birinci xanım qeyd edib.
Bizim.Media