Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən mart ayı üzrə pensiyaların ödənişi başa çatdırılıb.
MÖVZU İLƏ BAĞLI:
Azərbaycanda sosial müavinət və pensiya alanların sayı açıqlandı
Bizim.Media xəbər verir ki, Nazirlikdən verilən məlumata görə, martın 5-dən başlayaraq əvvəlcə Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu, martın 16-da isə bölgələr üzrə, eləcə də güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyaları ödənilib.
Vətəndaşlar pensiyalarını onlara verilmiş kartlar vasitəsilə müvafiq bankların bankomatlarından əldə edə bilərlər.
Bizim.Media