Ana məhbus oğluna psixotrop maddə gətirdi, qarşısı alındı

Hazırda oxunan: Ana məhbus oğluna psixotrop maddə gətirdi, qarşısı alındı

149493

Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində 7 saylı cəzaçəkmə müəssisəsinə psixotrop maddə keçirilməsinin qarşısı alınıb. 

Bu barədə Bizim.Media-ya Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. 

Cinayət Məcəlləsinin 177.2.1; 177.2.2; 177.2.3; 177.2.4; 180.2.1; 180.2.2 və 178.3.2-ci maddələri ilə məhkum edilmiş Emil Ceyhun oğlu Şirinovla görüşə gəlmiş anası Səbinə Tofiq qızı Şirinovanın baxış keçirilən zaman üzərində 0,029 qram metamfetamin aşkar olunub. 
Faktla bağlı araşdırma aparılır. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin