I və IV ixtisas qrupları üzrə iyulun 22-23-də keçirilən qəbul imtahanlarının nəticələri elan edilib.
Dövlət İmtahan Mərkəzindən Bizim.Media-ya verilən məlumata görə, imtahanda I ixtisas qrupu üzrə ən yüksək nəticəni (397 bal) 2 nəfər – Şəmkir rayon Fərman Salmanov adına şəhər orta məktəbinin məzunu Əliyeva Məhin Arif qızı və Kürdəmir rayon 2 saylı şəhər orta məktəbinin məzunları göstəriblər.
I ixtisas qrupu üzrə hər iki mərhələnin cəminə görə ən yüksək nəticə isə Bakı şəhər 169 saylı orta məktəbinin məzununa məxsusdur.
O, imtahanın ikinci mərhələsində 395.5 bal, birinci mərhələsində isə 297.5 bal toplayıb. Beləliklə, I ixtisas qrupu üzrə ən yüksək nəticə 693 baldır.
Bu imtahanda IV ixtisas qrupu üzrə ən yüksək nəticəni (392.5 bal) Sumqayıt şəhər 11 saylı orta məktəbinin məzunu göstərib. IV ixtisas qrupu üzrə hər iki mərhələnin cəminə görə ən yüksək nəticə də həmin abituriyentə məxsusdur. O, imtahanın birinci mərhələsində isə 285.7 bal toplayıb. Beləliklə, IV ixtisas qrupu üzrə ən yüksək nəticə 678.2 baldır.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
14:12 / 04.08.2023
I və IV qruplar üzrə ən yüksək NƏTİCƏLƏR
Hazırda oxunan: I və IV qruplar üzrə ən yüksək NƏTİCƏLƏR
Hazırda oxunan: I və IV qruplar üzrə ən yüksək NƏTİCƏLƏR
149441
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.