Laçında növbəti TƏXRİBAT – TIR şousunun ardınca avtobus KOMEDİYASI BAŞLAYIR

Hazırda oxunan: Laçında növbəti TƏXRİBAT – TIR şousunun ardınca avtobus KOMEDİYASI BAŞLAYIR

149418

Artıq bir həftədir ki, Ermənistanın “humanitar karvanı” Laçın NBM yaxınlığında lövbər salıb.

Ötən gün daha 2 TIR karvana qoşulub. Lakin, heç bir hərəkətlilik yoxdur. Maraqlıdır ki, Xankəndində də sakitlikdir.
 

MÖVZU İLƏ BAĞLI:

Separatçılar Qarabağda yenə silah daşıyır – VİDEO   


Baxmayaraq ki, ötən həftə ermənilər və onların xarici havadarları barbar bağırırdılar ki, Xankəndində 2 günlük ərzaq ehtiyatı var. Həmin 2 günün üzərindən artıq 10 gün keçib. Lakin hələki Xankəndində “humanitar böhran” yoxdur, heç aclıqdan şikayət edənlərin də səsi gəlmir. 

Bu da onu göstərir ki, “humanitar böhran” layihəsi Azərbaycana qarşı hazırlanmış növbəti bir qara piar idi. Və bu kampaniya çox biabırçı bir vəziyyətlə sonlandı. Çünki, Xankəndindəki “ac ermənilər” barədə  artıq danışanlar yoxdur. 

Amma erməni diasporu və onların xarici havadarları dayanmaq bilmir. Onlar növbəti bir təxribat xarakterli layihəni icra etmək istəyirlər. Separatçılara verilən tapşırıqlara əsasən Xankəndindəki erməni icmasının nümayəndələri  xüsusi avtobuslarla Laçın sərhəd keçid məntəqəsinə yola salınacaq. Və həmin ermənilər burda hansısa qarşıdurma və yaxud insident yaratmağa çalışacaqlar.

Mövzu ilə bağlı fikirlərini Bizim.Media ilə bölüşən sabiq xarici işlər naziri Tofiq Zülfüqarov bildirib ki, ermənilərin qurduğu “TIR” tamaşası iflasa uğradı:

“Sadəcə ermənilər indiki vəziyyətdə bunu etiraf etmək istəmirlər və dirəniş göstərməyə çalışırlar. Mən hesab edirəm ki, gec-tez Azərbaycanın təklif etdiyi Ağdam-Əsgəran humanitar dəhlizi işə düşəcək. Bildiyim qədər Bərdə-Ağdam dəmir və avtomobil yolunda hazırda yenidənqurma işləri gedir. Yəqin ki, sonrakı mərhələdə Ağdamdan Xankəndinə qədər də gedən kommunikasiiyalar da bərpa olunacaq. 

Bildiyiniz kimi hələ sovetlər vaxtında dəmir yolu Xankəndinə qədər uzanıb gedirdi. Dağlıq əraziyə ağır yüklərin daşınması üçün bu yol unikal imkanlar yaradır.

Əminəm ki, bu yol istismara veriləcək. Çünki, bu yolun istifadəyə verilməsi Azərbaycan dövlətinin qərarıdır. Bu yol, həmin bölgədə yaşayan insanlar üçün yox, həm də sülhməramlı qüvvələr üçün də geniş imkanlar aça bilər”. 

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin