Ukrayna ordusunun saxlanmasına ildə 54,7 milyard dollar xərclənir

Hazırda oxunan: Ukrayna ordusunun saxlanmasına ildə 54,7 milyard dollar xərclənir

149310

Ukrayna Silahlı Qüvvələrinin saxlanması ildə təxminən 2 trilyon qrivnaya (54,7 milyard dollar) başa gəlir.

Bizim.Media Ukrinform agentliyinə istinadən xəbər verir ki, bu barədə ölkənin Baş naziri Denis Şmıqal bildirib.

Onun sözlərinə görə, normal vaxtlarda Ukrayna büdcəsinin gəlir hissəsi 1,3 trilyon qrivna (35,5 milyard dollar) təşkil edirdisə, indi büdcə Qərb tərəfdaşlarının maliyyə dəstəyi, qrantlar və kreditlər hesabına dəstəklənir.

Ukraynanın 2023-cü il büdcəsinin xərcləri ilkin olaraq 2,6 trilyon qrivna (71,1 milyard dollar) həcmində planlaşdırılıb ki, onun da 1,14 trilyonu (31,2 milyard dollar) təhlükəsizlik və hərbi ehtiyaclar üçündür. Bu, bütün büdcə xərclərinin 43 faizini, yaxud ÜDM-in 18,2 faizini təşkil edir.
2023-cü ildə Ukraynanın büdcə kəsiri rekord miqdarda - 38 milyard dollar həcmində nəzərdə tutulub. Prezident Volodimir Zelenski ümid edir ki, Qərbin köməyi ilə bu kəsiri bağlamaq mümkün olacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin