UEFA Çempionlar Liqasında II təsnifat mərhələsinə yekun vurulub.
Bizim.Media xəbər verir ki, ikinci oyun günündə keçirilən 8 qarşılaşma ilə III raundun növbəti iştirakçıları bəlli olub.
“Qarabağ” Polşada 2:3 hesabı ilə uduzduğu “Rakuv”la bu dəfə Bakı Olimpiya Stadionun qarşılaşıb. Ağdam klubu ilə 1:1 hesablı heç-heçə edən qonaqlar III raunda çıxıblar.
Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin çıxış etdiyi Xorvatiyanın “Dinamo” (Zaqreb) komandası Qazaxıstanda “Astana”nın qonağı olub. İlk matçda rəqibini darmadağın edən zaqreblilər ikinci görüşdə də qələbə qazanaraq (2:0) mərhələ adlayıblar.
Türkiyə çempionu “Qalatasaray” isə ilk görüşdə 2:2 hesablı heç-heçəyə razılaşdığı Litva “Jalgiris”ini evdə minimal hesabla məğlub edərək adını növbəti raunda yazdırıb.
Bundan başqa, Farer adalarının “Klaksvik”, İsveçrənin “Servett”, Norveçin “Molde”, İsrailin “Makkabi” (Hayfa) və Danimarkanın “Kopenhagen” komandaları da III təsnifat mərhələsinə vəsiqə əldə ediblər.
UEFA Çempionlar Liqasında II təsnifat mərhələsinin avqustun 2-də keçirilmiş cavab oyunlarının nəticələri:
“Dinamo” (Zaqreb, Xorvatiya) – “Astana” (Qazaxıstan) - 0:2
“Qarabağ” (Azərbaycan) – “Rakuv” (Polşa) - 1:1
“Haken” (İsveç) – “Klaksvik” (Farer adaları) - 3:3
“Molde” (Norveç) - HİK (Finlandiya) 2:0
“Makkabi” (Hayfa, İsrail) – “Şerif” (Moldova) - 4:1
“Genk” (Belçika) – “Servett” (İsveçrə) - 2:2 (Penaltilər seriyasında 1:4)
“Kopenhagen” (Danimarka) - "Breydablik" (İslandiya) - 6:3
“Qalatasaray” (Türkiyə) – “Jalgiris” (Litva) - 1:0
Qeyd edək ki, bu mərhələnin ötən gün keçirilmiş 4 cavab oyunundan sonra Yunanıstanın “Panatinaikos”, Sloveniyanın “Olimpiya”, Kiprin “Aris” və Slovakiyanın “Slovan” komandaları III raunda yüksəliblər.
Bizim.Media
- A-
- A
- A+
İdman
08:40 / 03.08.2023
Çempionlar Liqası: Daha 8 komanda III raunda vəsiqə qazandı
Hazırda oxunan: Çempionlar Liqası: Daha 8 komanda III raunda vəsiqə qazandı
Hazırda oxunan: Çempionlar Liqası: Daha 8 komanda III raunda vəsiqə qazandı
149241
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.