ABŞ raketlərini və raket yanacağını modernləşdirir

Hazırda oxunan: ABŞ raketlərini və raket yanacağını modernləşdirir

149205

Vaşinqton Asiya-Sakit okean regionunda Çinlə potensial münaqişə halında ABŞ Silahlı Qüvvələrinin üstünlüyünü təmin etmək üçün raketlərin konstruksiyasını və onların yanacaq qarışığının tərkibini dəyişməyi planlaşdırır. 

Bizim.Media “Reuters”ə istinadən xəbər verir ki, Viskonsin ştatından olan respublikaçı konqresmen Mayk Qallaherin sözlərinə görə, ölkələr arasındakı məsafə və ÇXR hərbi-dəniz donanmasının nəhəng miqyası nəzərə alınarsa, Birləşmiş Ştatların Çin gəmilərini vurmaq üçün uzaqmənzilli raketlərə ehtiyacı olacaq. 

Pentaqonda və Konqresdə bəzi raketlərin uçuş məsafəsini 20 faiz artıra biləcək daha güclü yanacağın və daha yüngül döyüş başlıqlarının istifadəsi ilə bağlı variantlar nəzərdən keçirilir. 
Ötən həftə ABŞ Senatı hökumətin raket yanacağının effektivliyini artırmaq üçün azı 13 milyon dollar ayıracağı ilə bağlı qanun layihəsini dərc edib.

Təşəbbüs Nümayəndələr Palatasının da dəstəyini qazanmalıdır. Agentliyin anonim mənbələrdən əldə etdiyi məlumata görə, amerikalı qanunvericilər Çinin qarşısını almaq üçün səyləri birləşdirmək barədə razılığa gəliblər. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin