Mədəniyyət Nazirliyi Rasim Balayev və Şəfiqə Məmmədovanı TƏLTİF EDİB 

Hazırda oxunan: Mədəniyyət Nazirliyi Rasim Balayev və Şəfiqə Məmmədovanı TƏLTİF EDİB 

149196

Mədəniyyət Nazirliyinin fəxri diplomu təsis edilib. 

Bizim.Media apa-ya istinadən xəbər verir ki, bunu Mədəniyyət Nazirliyinin və Azərbaycan Respublikası Kino Agentliyinin təşkilatçılığı ilə 2 avqust – Milli Kino Günündə Azərbaycan kinosunun 125, “Azərbaycanfilm” kinostudiyasının 100 illik yubileyinə həsr olunmuş tədbirdə mədəniyyət naziri Adil Kərimli deyib. 

O bildirib ki, bu mükafatın təsis edilməsində məqsəd mədəniyyət sahəsində həm işləri, həm də pedaqoji fəaliyyəti ilə məşğul olanlara diqqətin göstərilməsi üçündür. 

Nazir Xalq artisti Rasim Balayev və Xalq artisti Şəfiqə Məmmədovanın Mədəniyyət Nazirliyinin fəxri diplomu ilə təltif olunduqlarını bildirib. 

"Düşünürük ki, bu siyahı daim genişləndiriləcək", - deyə o qeyd edib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin