“WhatsApp”dan bildiriş - İmtina etsəniz, mesajları oxuya bilməyəcəksiniz

Hazırda oxunan: “WhatsApp”dan bildiriş - İmtina etsəniz, mesajları oxuya bilməyəcəksiniz

14919

“WhatsApp” messencerində istifadə şərtləri və məxfilik siyasətinin yenilənməsinə başlanılıb. Martın 15-də messencerin istifadəçiləri yeni şərtlərin qəbul olunmasını tələb edən bildiriş alıblar.

Bizim.Media xəbər verir ki, bildirişə əsasən, istifadəçi yenilənmiş şərtlərdən imtina etdiyi halda əvvəlki kimi mesaj və zənglər ala biləcək, ancaq onları oxuya və zənglərə cavab verə bilməyəcək.

Messencerin tam funksionallığından istifadə etmək üçün yenilənmiş şərtləri və məxfilik siyasətini qəbul etmək lazımdır.

Fevralın sonunda “WhatsApp”ın yeni şərtlərini qəbul etməyən müştərilərin funksionallığının məhdudlaşdırılacağı məlum olub. Uzun müddət ərzində yeni şərtləri qəbul etməmiş qeyri-aktiv hesablar silinəcək. Dəyişikliklər mayın 15-dən qüvvəyə minəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin