Ermənistanın oğurlanan və Tehranda saxlanılan təyyarəsi niyə geri qaytarılmır? - AÇIQLAMA

Hazırda oxunan: Ermənistanın oğurlanan və Tehranda saxlanılan təyyarəsi niyə geri qaytarılmır? - AÇIQLAMA

14916

“Fly Armenia Airways” təyyarəsinin naməlum səbəblərdən Tehranda ilişib qalan Boeing 737-300 təyyarəsi texniki nasazlıq üzündən hələ də Ermənistana qayıtmayıb. 

Bizim.Media xəbər verir ki, bu haqda məlumatı “armeniasputnik.am” saytı Ermənistan Milli Təhlükəsizlik Xidmətinin (MTX) direktor müavini Tiqran Arutyunyana istinadən yayıb.
 

MÖVZU İLƏ BAĞLI:

Ermənistan İrana “Boeing 737” təyyarəsi satdı – ABŞ İrəvana sanksiya tətbiq edə bilər


O, bu sözləri parlamentdə keçirilən brifinqdə deyib.

Erməni təyyarəsinin Tehrana qaçırılması barədə məlumatlar internetdə fevralın 22-də ortaya çıxıb, ancaq Ermənistan Mülki Aviasiya Komitəsi bu məlumatı təkzib edib.

Arutyunyan xatırladıb ki, artıq bununla bağlı cinayət işi başlanıb.

"Təyyarənin geri qaytarılması üçün işlər aparılır. Bildiyimə görə, İran tərəfi ilə artıq razılıq əldə edilib", deyə o, qeyd edib.

Jurnalistin “Nəyə görə təyyarə İranda qalıb?” sualına o,  texniki problemlərin olduğunu deyib.

Hər şey Baş nazirin keçmiş müşaviri Akop Çaqaryanın öz Facebook səhifəsində fevralın 21-də Mülki Aviasiya Komitəsinə BƏƏ-nin aviasiya rəhbərliyindən  Ermənistanda qeydiyyata alınan və nömrəsi “EK-FAA” olan “Boeing 737” təyyarəsinin qaçırılması ilə bağlı bir mesaj daxil olduqdan sonra başlayıb.

Onun sözlərinə görə, təyyarə Tallinndən havaya qalxıb və uçuş planına görə İrəvana enmək istəyib, lakin havada texniki xidmət üçün onun BƏƏ-yə uçmasına qərar verilib. Nəticədə təyyarə Tehrana enib.

Daha sonra məlum olub ki, təyyarəyə Tallində (Estoniya) texniki xidmət göstərilib. Bundan sonra o, fevralın 12-dən 22-dək texniki işləri davam etdirmək üçün Ukraynanın Qostomel şəhərinə uçmalı imiş.

20 fevralda təyyarə havaya qalxıb və naməlum səbəblərdən Tehrana təcili eniş edib. Pilotlar xarici ölkə vətəndaşları olub. 

Sonra Ermənistan Mülki Aviasiya Komitəsi təyyarənin qaçırılması ilə bağlı məlumatları təkzib edib. Qeyd olunur ki, Komitəyə rəsmi olaraq aidiyyəti qurumlardan oğurluq barədə təsdiqlənmiş məlumat daxil olmayıb. 

Tehranda yerə enən təyyarədə sərnişin olmadığı da üzə çıxıb. Komitə hazırda təyyarənin icazəsiz enişinin səbəblərini araşdırır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin