Surət Hüseynov doğulduğu Gəncə şəhərində dəfn olunub.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, mərhum "Yeni Səbiskar" qəbiristanlığında valideynlərinin yanında torpağa tapşırılıb.
12.57
Müstəqil Azərbaycanın 5-ci Baş naziri olmuş Surət Hüseynovun nəşi bu gün doğulduğu Gəncə şəhərinə gətirilib.
Yaxınlarının Bizim.Media-nın yerli bürosuna verdiyi məlumata görə, mərhum valideynlərinin yanında torpağa tapşırılacaq.
Yas mərasimi isə S. Hüseynovun İsmət Qayıbov küçəsində yerləşən evində baş tutacaq.
Xatırladaq ki, iyulun 31-də S.Hüseynov səhhətindəki problemlərlə əlaqədar olaraq İstanbuldan Moldovaya gedərkən hava limanında infarkt keçirib. O, xəstəxanaya yerləşdirilsə də, həyatını xilas etmək mümkün olmayıb.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu