Yunanıstanda ağcaqanad virusu YAYILDI - Ölənlər var 

Hazırda oxunan: Yunanıstanda ağcaqanad virusu YAYILDI - Ölənlər var 

149110

Yunanıstanın Milli Sağlamlıq Agentliyinin (EODY) hesabatında son bir həftədə ölkədə Qərbi Nil (ağcaqanad virusu) virusundan 8 xəstənin müalicə olunduğu bildirilib. 

Bizim.Media xarici mətbuata istinadən xəbər verir ki, 2023-cü ilin əvvəlindən indiyədək yoluxma sayı 11-ə yüksəlib, 2 nəfər isə həyatını itirib. 

Qeyd edək ki, ilk dəfə 1937-ci ildə Uqandada aşkarlanan Qərbi Nil Virusu, illər ərzində bütün dünyaya yayılmağa davam edən infeksiyadır. Adətən “Culex” ağcaqanadlarının dişləmələri ilə ötürülür və ondan qorunmaq üçün heç bir peyvənd yoxdur. Lakin ağcaqanad dişləmələrindən qorunmaq tövsiyə olunur.
Xəstəlik daha çox iyun-sentyabr ayları arasında yayılır. Xəstəliyin bütün dünyada sürətlə yayılmasının səbəbi virus daşıyan ağcaqanadların müxtəlif quş növlərini sancaraq yoluxdurmasıdır. Ağcaqanad dişlədiyi andan inkubasiya dövrünün 2-14 gün arasında dəyişdiyi, immuniteti zəif olanlarda isə bu müddətin 21 günə qədər artdığı bildirilir. Bundan əlavə qeyd edilir ki, virusa yoluxanların təxminən 80 faizində heç bir əlamət yoxdur. Xəstələrin isə təxminən 20 faizində hərarət, halsızlıq, ürəkbulanma-qusma, baş ağrısı, əzələ ağrısı kimi simptomlar müşahidə olunur. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin