Karantin rejimi sərtləşəcək - “Xəstəxanalar dolacaq, təcili tibbi yardım yüklənəcək” – İNFEKSİONİST

Hazırda oxunan: Karantin rejimi sərtləşəcək - “Xəstəxanalar dolacaq, təcili tibbi yardım yüklənəcək” – İNFEKSİONİST

14911

Azərbaycanda koronavirusa yoluxmada rekord artım baş verib. Ötən bir gündə virusa 980 nəfər yoluxub, 309 nəfər müalicə olunaraq sağalıb. Son gündə 12 nəfər koronavirusdan dünyasını dəyişib.

Ölkədə aktiv xəstə sayı da artıb ki, bu rəqəm 6 983-ə çatıb. Yoluxma və ölüm sayında kəskin artım bayram ərəfəsində növbəti qapanmaların ölacağından xəbər verir. Ekspertlərin fikrincə, ya SMS icazə sistemi tətbiq oluna, ya da rayonlara gediş-gəlişə məhdudiyyət qoyula bilər.

Bizim.Media-ya bu barədə danışan tanınmış infeksionist Vüqar Cavadzadə deyib ki, Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən karantin rejiminin sərtləşəcəyi qərarı gözləniləndir:
 

MÖVZU İLƏ BAĞLI:

Koronavirusa yoluxmada rekord artım - Qapanmaya gedirik? 


“İstər SMS icazə, istərsə də rayonlara gediş-gəlişə məhdudiyyət qoyulması ilə bağlı qərar verilə bilər. Düzdür mən SMS icazə sisteminin tətbiq olunmasının tərəfdarı deyiləm. Amma başqa yol qalmır.

Xüsusilə rayonlara gediş-gəliş bağlansa, məqsədəuyğun olar. Bu vəziyyəti insanlar özləri etdi. 8 mart ərəfəsində KİV-dən birinə məlumat verəndə söyləmişdim ki, növbəti həftə yoluxma dördrəqəmliyə keçəcək.

Rəqəmlər təxminən 1000-ə çatdı və gözlənilən idi. 8 mart  və çərşənbələrdə  insanların bir-birləri ilə təması sıxlaşmışdı. 980 nəfər ciddi bir siqnaldır.


Növbəti həftədə də artım davam edəcək. Artıq epidemioloji hal ağırlaşmağa başlayıb. Təbii ki, qərarları səlahiyyətli orqan verəcək. Amma infeksionist kimi deyə bilərəm ki, cüzi də olsa karantin rejimi sərtləşməlidir”.

Həkimin sözlərinə görə bayram günlərindən sonra yoluxma kəskin arta bilər:

“9 günlük bayram günlərində insanların təmasları daha da artacaq və bu da yoluxmaya təsir edəcək. Getdikcə xəstəxanalar dolacaq, təcili tibbi yardım xidməti yüklənəcək. Yoluxma çoxalandan sonra isə xəstəxanalarda yer olmamasından şikayətlənəcəyik.
 

İnsanlar bu vəziyyəti indidən nəzərə almalıdır. Düzdür, payızda gündəlik yoluxma 4000-ə də qalxmışdı. Müharibə dövründə sərt karantinə getmək uyğun deyildi. İnsanlar bir yerə toplaşırdı, şəhidlərin dəfnləri və yas mərasimləri keçirilirdi.


Bir tərəfdən də insanlar orduya yardım aparırdı. Müəyyən bu kimi məsələlər yoluxmanı artırmışdı. O zaman sərt karantinə getmək mümkün deyildi. Hazırda isə tamam başqa durumdur və sərt karantinə gedilməsi daha məqsədəuyğundur”.

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin