Euronews Laçında aparılan bərpa işlərindən reportaj hazırladı - VİDEO

Hazırda oxunan: Euronews Laçında aparılan bərpa işlərindən reportaj hazırladı - VİDEO

149099

Euronews telekanalı Laçında aparılan bərpa işlərindən reportaj hazırlayıb.

Bizim.Media xəbər verir ki, müəllif qeyd edir ki, Azərbaycanın qərbində yerləşən Laçın şəhəri nəhəng tikinti meydançasına bənzəyir.

“Hara baxırsan, Ermənistanla Azərbaycan arasında son total müharibənin izlərini silməyə cəhdlər var... Tanklar tikinti maşınları ilə əvəzlənib. Buradan köçkün düşmüş laçınlıların geri qaytarılması üçün yenidənqurma və tikinti işlərinə böyük vəsait qoyulub”, - deyə "Euronews"un müxbiri Aneliz Borxes bildirir.

Jurnalist Laçın rayon sakini Hikmət Məmmədovla da danışıb.

“Bu, mənim ulu babalarımın evidir. Bu da mənim nənə və babamın evidir”, - deyə Hikmət Məmmədov qeyd edib.

Hikmətin ailəsinin evi də buradadır.

“Burada doğulmadığınızı deyirsiniz, amma özünüzü laçınlı kimi hiss edirsiniz. Niyə?" - deyə Borxes soruşub.

Hikmət Məmmədov isə belə cavab verib: “Valideynlərim, nənəm və babam həmişə Laçın haqqında danışıblar”.

"Sənə nə danışırdılar?" – Jurnalist daha bir sual verib.

Hikmət Məmmədov “Onlar üçün pis olub, həmişə darıxıblar” cavabını verib.

Hikmət “Euronews”un müxbirinə anasının, əmisinin, bibisinin doğulub böyüdüyü nənə və babasına məxsus evi də göstərib.

Reportajda deyilir ki, bu ailənin həyatında daha ağrılı anlar olub. Məsələn, ən yaxın qəbiristanlıqda nənə və babasının məzarlarını axtarıb:

“Burada çoxlu qəbirlər var idi. Hətta ağacların altında da qəbirlər salınmışdı. Biz bura qayıdanda yer sümüklərlə dolu idi... İnsan sümükləri ilə. Bunlar babalarımızın, nənələrimizin, əzizlərimizin... gəncliyimizin qalıqları idi... Bunu kim başa düşə bilər? – deyə Laçına qayıdan sakinlərindən biri bildirib.
 



Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin