Rusiya kamikadze dronları ilə Kiyevə və Odessaya hücum etdi

Hazırda oxunan: Rusiya kamikadze dronları ilə Kiyevə və Odessaya hücum etdi

149084

Rusiya silahlı qüvvələri avqustun 2-nə keçən gecə Ukraynanın Kiyev və Odessa şəhərlərinə kamikadze dronları ilə hücum edib.

Bizim.Media xəbər verir ki, həyəcan siqnalı verildikdən sonra, yerli vaxtla 02:50-dən başlayaraq Kiyevdə güclü partlayış səsləri eşidilməyə başlayıb. Hava hücumundan müdafiə sistemi işə düşüb.

Ukrayna silahlı qüvvələrinin Hərbi Hava Qüvvələrinin komandanlığı pilotsuz təyyarələrin müxtəlif istiqamətlərə buraxılması ilə bağlı xəbərdarlıq edib.

Kiyev Şəhər Hərbi Administrasiyasının yaydığı məlumata görə, Ukrayna paytaxtının səmasında 10-dan artıq İran istehsalı olan “Şahied” kamikadze dronu aşkarlanaraq məhv edilib. Bütün hava hədəfləri aşkarlanaraq məhv edilsə də, onun qalıqları Kiyevdə dağıntılara səbəb olub.

Qeyri-yaşayış sahələrinə dəymiş ziyan Kiyevin Solomenskiy və Svyatoshinskiy rayonlarında qeydə alınıb, yanğın baş verib, eyni zamanda, Qoloseyevskiy rayonunda dronun hissələri uşaq meydançasına düşüb. İlkin məlumata görə, Kiyevə pilotsuz təyyarənin hücumu nəticəsində xəsarət alan olmayıb.

Həmçinin Odessa vilayətinin cənubundakı limana və sənaye infrastrukturuna pilotsuz təyyarələrlə hücum edilib. Bölgədə güclü partlayış səsləri eşidilib.

Odessa vilayəti Hərbi Administrasiyasının yaydığı məlumata görə, hücum nəticəsində liman obyektlərində və rayonun sənaye infrastrukturunda yanğınlar baş verib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin