Türkiyənin İstanbul şəhərində güləş üzrə U-17 dünya çempionatı davam edir.
Bizim.Media xəbər verir ki, yarışın ikinci günündə yunan-Roma güləşi üzrə son 5 çəkidə finalçılar müəyyənləşib.
Turan Daşdəmirov (45 kq) yaponiyalı Kaysey Yamamoto (10:0) və qırğızıstanlı Kadirbek Almanbetova (9:1) tam üstünlüklə qalib gələrək yarımfinala yüksəlib. Turan final yolunda iranlı Əhməd Əmiriqasroddaştidən güclü olub – 5:1. Daşdəmirov həlledici görüşdə rusiyalı Rüstəm Abatsiyevlə qarşılaşacaq.
Əli Seyidəlili (51 kq) 1/8 finalda rusiyalı İliya Kandalinə 3:8 hesabı ilə məğlub olub. Rəqib finala yüksəldiyi üçün Əli təsəlliverici görüşdə gürcüstanlı Koba Karumidzeylə güləşəcək.
Cavad Məmmədov (71 kq) təsnifat mərhələsində finlandiyalı Severi Maenpaepaeyə uduzub - 7:10.
Roman Kərimov (60 kq) hindistanlı Varun Varun (5:2) və ekvadorlu Adrian Velizi (8:1) üstələyərək yarımfinala yüksəlib. Roman finalın bir addımlığında rusiyalı Mingiyan Qoryayevi 9:5 hesabı ilə məyus edib. Kərimov həlledici görüşdə gürcüstanlı Saba Surmanidzeylə üz-üzə gələcək.
Mikayıl İsmayılov (92 kq) türkiyəli Alixan Bərəkətə 5:1 hesabı ilə qalib gəldikdən sonra 1/4 finalda qırğızıstanlı Nurbolat Sirqabayulunu sonuncu xal prinsipinə əsasən (1:1) yolundan kənarlaşdırıb.
Mikayıl yarımfinalda gürcüstanlı Saba Purtseladzeyə 1:3 hesabı ilə məğlub olub. İsmayılov sabah bürünc medal görüşünə çıxacaq. Rəqib Sərdarbek Rüstəmov (Özbəkistan) – Əliəkbər Aşgarivaladi (İran) qarşılaşmasında qalib gələn güləşçi olacaq.
Bizim.Media
- A-
- A
- A+
İdman
20:36 / 01.08.2023
Daha iki güləşçimiz dünya çempionatının FİNALINDA - FOTO
Hazırda oxunan: Daha iki güləşçimiz dünya çempionatının FİNALINDA - FOTO
Hazırda oxunan: Daha iki güləşçimiz dünya çempionatının FİNALINDA - FOTO
149033
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.