Şokaladın FAYDALARI və ZƏRƏRLƏRİ

Hazırda oxunan: Şokaladın FAYDALARI və ZƏRƏRLƏRİ

149013

Uşaqlıqdan yetkinliyə və hətta qocalığa qədər şokolad demək olar ki, hər kəsin sevimli ləzzətlərindən biridir. Lakin digər qidalar kimi şokoladın da həddindən artıq qəbulu zərərlidir.

Bizim.Media şokoladın faydaları və zərərləri ilə bağlı araşdırma aparıb.

Şokoladın yaydaları aşağıdakılardır:

- Kakaonun tərkibindəki ‘anandamin’ adlı maddə sayəsində sinir sistemini stimullaşdıraraq istirahət və rahatlamanı təmin edir və onu müsbət düşüncəyə yönəldir. Sevdiyimiz zaman beynin ifraz etdiyi molekula çox oxşar bir maddə çıxararaq da xoşbəxtlik verir. 

- Şokoladın əsas tərkib hissəsi olan kakao flavonoidlərin mənbəyidir. Bu antioksidant təsirli maddə qocalmanı gecikdirir.

- Şokolad damarların divarlarının sərtləşməsinin qarşısını alır və damarların tıxanması təhlükəsini minimuma endirir.

- Pəhriz mütəxəssislərinin araşdırmasına görə, gündə 16 qram şokolad yemək bir sıra xəstəliklərin yaranma riskini aradan qaldırır.

- Şokoladın tərkibindəki katexin adlı maddə güclü antioksidantları ehtiva edir. Harvard Universitetinin tədqiqatçılarının fikrincə, şokolad yeyənlər, yeməyənlərdən orta hesabla bir il daha çox yaşayırlar.

- Şokoladın tərkibindəki tanin, flüor və fosfat kimi maddələr diş çürüməsinin qarşısını alır. Yaponiyanın Osaka Universitetində aparılan bir araşdırmaya görə, kakao çürüklərin qarşısını almaqda ən qabiliyyətli diş pastalarından belə daha təsirli olur.

- Şokolad qan təzyiqini kaliumla tarazlaşdırır, fosforla sinir sistemini stimullaşdırır və dəmir çatışmazlığının yaratdığı anemiya riskini azaldır.

- Şokoladın tərkibində olan bioflavonoid adlı maddə qan dövranını sürətləndirir, damardaxili divarları elastik edir və kapilyarların çatlamasına mane olur.

- Şokoladın tərkibində olan az miqdarda xolesterin sağlamlığımız üçün zərərli deyil. Əksinə, kakao yağı pis xolesterini aşağı salır. Tünd şokoladın tərkibində isə xolesterin yoxdur.

- Şokoladın insanlara əhval-ruhiyyə bəxş etməsinin və insanları sevindirməsinin başqa bir səbəbi də “endorfin” ifrazına səbəb olmasıdır. “Endorfinlər” beyində tapılan təbii sakitləşdirici maddələrdir. Buna görə də ağrıları azaldıcı təsirə malikdir.

- Şokolad həmçinin depressiyanı aradan qaldıran xoşbəxtlik hormonu olan “serotonin”in səviyyəsini yüksəldir. Menstruasiya dövrünə yaxın qadınlarda “serotonin” hormonunun səviyyəsi əhəmiyyətli dərəcədə azalır. Şokolad bu hormonun səviyyəsini yüksəltdiyi üçün depressiyadan çıxmağa da yardım edir. Bu səbəbdən də həkimlərin reseptlərinə daxil edilir. 

Bəs, şokoladın zərərləri nələrdir?

Şokolad çoxlarımızın bildiyi kimi son dərəcə faydalı qidadır. Ancaq həddindən artıq istehlak etsək, şokoladın faydalarını və həzzinin sizə qaytarılmasını bəyənməyə bilərsiniz. Şokoladın zərərləri bunlardır:

- Şokolad yüksək kalorili qida olduğundan kökəlmənizə səbəb olur. Tünd və adi şokoladdan başqa fındıq, püstə və xüsusi dadlı şokoladlar daha sürətli kökəlmənizə səbəb olur. Şokoladı daha çox sevən qadınların bəyənmədiyi bu vəziyyət yemək miqdarını azaltmağınız üçün əhəmiyyətli faktordur.

- Şokolad dişlərinizin çürüməsinə səbəb olur. Uşaqlarda görməyə öyrəşdiyimiz bu vəziyyət sizin üçün onlar qədər təsirli olmasa da, çürüməni sürətləndirir. Təbii ki, dişlərinizi fırçalamaqla bunu bir az da olsa, yüngülləşdirə bilərsiniz.

- Şokolada qarşı allergiyası olanlar üçün bu qida istehlakdan sonra orqanizmdə reaksiyalara səbəb ola bilər. Qaşıntı, qızartı və göyərmə görünə bilən təsirlər arasındadır.

- Miqrenli insanların bildiyi kimi, şokolad tərkibindəki qida maddələrinə görə miqren ağrısını tətikləyir və şiddətləndirir.

- Şokolad çox istehlak edilərsə, beyni uyuşdurur və bədən funksiyalarını ləngidir.

- Şokolad davamlı olaraq istehlak edilərsə, asılılıq mərhələsinə qədər uzanan bir prosesi yaşamağınıza səbəb ola bilər. Şübhəsiz ki, şokoladın ən əhəmiyyətli zərərlərindən biri olan bu vəziyyət sizi davamlı şokolad yeməyə vadar edə bilər və şokolad yeməyin bir zərurət olduğunu hiss edə bilərsiniz.

Röyanə Oğuz, Bizim.Media 

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin