Azərbaycanda inflyasiya AZALDI – RƏSMİ  

Hazırda oxunan: Azərbaycanda inflyasiya AZALDI – RƏSMİ  

148978

Dövlət Statistika Komitəsinin 6 aylıq hesabatında bildirilir ki, bu il həyata keçirilən tədbirlər nəticəsində bütün sahələr üzrə inflyasiya 12,7 faizə düşüb.  2022-ci ilin eyni dövründə isə bu, 12,9 faiz təşkil edib.  

Bizim.Media xəbər verir ki, hesbata görə, ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə inflyasiya ötən il 18,4 faiz, cari ildə isə 15,1 faiz təşkil edib ki, bu da illik 3,3 faizlik nəticə deməkdir.  

Qeyri-ərzaq məhsulları inflyasiya isə 4.7 faiz artıb. Belə ki, ötən il bahalaşma 6,7 faiz təşkil edirdisə, cari dövrdə bu, 11,4 faizə qədər yüksəlib.  

Xidmətlərdə isə cəmi 0,2 faizlik artım müşahidə olunub. Belə ki, ötənilki inflyasiya 10,3 faiz, cari ildə isə 10,5 faiz həddində olub. 

Maliyyə Nazirliyinin “Azərbaycan Respublikasının 2023-cü ilin dövlət və icmal büdcələrinin yarımillik icrasına dair arayış və ilin sonuna gözləntilər” adlı hesabatında isə göstərilir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə ərzaq məhsulları, içkilər və tütün məmulatları qrupu üzrə 15,1 faiz, qeyri-ərzaq məhsulları üzrə 11,4 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 10,5 faiz təşkil edib. 

Qeyd edilir ki, inflyasiyanın qarşısının alınmasına və likvidliyin idarə olunmasına yönəlmiş pul siyasəti çərçivəsində Mərkəzi Bank tərəfindən ilin birinci yarısında uçot dərəcəsi mərhələli şəkildə artırılaraq 8,25 faizdən 9,0 faizə qədər çatdırılıb, banklar üzrə məcburi ehtiyat normaları artırılıb və makro-prudensial tələblərə dəyişikliklər edilib.  
Qeyd olunanlarla yanaşı, manatın nominal effektiv məzənnəsi ilin əvvəlinə nəzərən 3,5 faiz-bənd artaraq möhkəmlənib. 

Rövşən Ziya, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin