Bağdasaryan separatçıların yalanlarını növbəti dəfə İFŞA ETDİ

Hazırda oxunan: Bağdasaryan separatçıların yalanlarını növbəti dəfə İFŞA ETDİ

148918

Erməni bloger Roman Bağdasaryan Qarabağda guya yanacaq yoxdur və kəndlərdən Xankəndiyə ərzaq daşımağın mümkünsüzlüyü ilə bağlı erməni KİV-lərinin, eləcə də qanunsuz rejim nümayəndələrinin yaydığı yalanları növbəti dəfə ifşa edib. 

Bizim.Media xəbər verir ki, bu barədə o, öz Facebook səhifəsində yazıb.

“Qarabağdan məlumat daxil olur ki, bütün gün ərzində Qarabağın “məmurları” və varlılar öz maşınlarında Xankəndinin içində gəzib-dolaşıblar. Yaşlı insanları, uşaqlı qadınları bir yerdən başqa yerə aparmaq üçün dayanmırlar.

Maşınları boş olur, ancaq nəqliyyatın olmadığını bilə-bilə dayanacaqdan iki-üç nəfəri götürmək istəmirlər. Bu, nə deməkdir? Deməli Qarabağ “məmurları”nda insanlıq qalmayıb,  ruhsuz olublar, insanlara qarşı mərhəmətləri, sevgiləri yoxa çıxıb. Sadəcə maşını saxlayıb deməlidirlər: "Minin, sizi aparaq".
Xankəndidə əvvəllər kirayəsi 60 min dram olan kiçik bir otaqlı mənzilləri müharibədən sonra 150, 140 minə kirayə verməyə başladılar.

Bu pulu Ermənistan ödəyir. Yəni Ermənistan büdcəsini talamaq üçün qiymətləri Milan və Paris səviyyəsinə qaldırdılar. İnsanların evsiz qalmasından utanmırlar, üstəlik son dramlarını da əllərindən alırlar. Bu nə deməkdir?  İndi də Qarabağdan eşidirəm ki, çoxlu varlı insanlar bütün günü maşınlarında gəzirlər”, - deyə Bağdasaryan qeyd edib.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin