Maqnit qasırğası XƏBƏRDARLIĞI – Kimlər üçün ölüm riski var?

Hazırda oxunan: Maqnit qasırğası XƏBƏRDARLIĞI – Kimlər üçün ölüm riski var?

148912

Xəbər verdiyimiz kimi avqustun 1 və 2-də ölkəmizdə maqnit qasırğası gözlənilir. Bəllidir ki, maqnit qasırğası metohəssas insanlar üçün əlavə problemlər yaradır.  

Məsələ ilə bağlı Bizim.Media-ya danışan həkim Rasif Bağırov bu gün bəzi insanların səhhətlərinə qarşı çox diqqətli olmalarını vacib hesab edir: 
 

MÖVZU İLƏ BAĞLI:

Güclü maqnit qasırğasından NECƏ QORUNAQ? – Həkimdən VACİB MƏSLƏHƏTLƏR


“Belə günlərdə müəyyən xroniki xəstəlik keçirmiş cavan adamlarda baş ağrıları müşahidə olunur. Belə hava əsasən 50 yaşdan yuxarı insanların səhhətinə mənfi təsir göstərir. Məsələn, qanında müəyyən yağların miqdarı yüksək olan, qanında qatılıq olan, bir sözlə qan təzyiqindən əziyyət çəkən insanlara belə hava pis təsir edir.

Bu da özünü baş ağrıları, halsızlıq kimi simptomlarla göstərə bilər. 

Belə hava hətta hipertoniyadan ciddi əziyyət çəkən insanların ölümünə belə səbəb ola bilər. Ona görə də, bu gün 50 yaşından yuxarı və qan təzyiqindən əziyyət çəkən insanlar bir qədər diqqətli olmalıdırlar”. 

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin