Bu ilin iyul ayı hava və iqlim baxımından tarixin ən isti ayı kimi yadda qalacaq.
Bizim.Media xəbər verir ki, bu barədə BMT-nin ixtisaslaşmış qurumu olan Ümumdünya Meteorologiya Təşkilatı (WMO) məlumat yayıb.
Məlumata görə, iyulun ilk üç həftəsi tarixdə ən isti üç həftəlik dövr olub.
Bildirilib ki, yüksək temperatur Şimali Amerika, Asiya və Avropanın böyük hissələrindəki istilik dalğaları ilə əlaqəlidir.
“Ayın ilk 23 günü ərzində Yer səthinə yaxın havanın orta temperaturu 16,95 dərəcə selsi təşkil edib ki, bu da bütün 2019-cu ilin iyul ayı üçün qeydə alınan 16,63 dərəcə selsidən xeyli yüksəkdir”, - deyə məlumatda bildirilib.
Bizim.Media
- A-
- A
- A+
Dünya
09:47 / 01.08.2023
İyul ayı tarixin ən isti ayı OLUB
Hazırda oxunan: İyul ayı tarixin ən isti ayı OLUB
Hazırda oxunan: İyul ayı tarixin ən isti ayı OLUB
148898
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.