Əməkdar artist Abbas Bağırov ötən il Vaşinqtonda baş tutan konsertindən söz açıb.
Bizim.Media xəbər verir ki, sənətçi qonaq olduğu "Xəzər axşamı" verilişində Mədəniyyət nazirliyinin təşkilatçılığı ilə keçirilən xeyriyyə tədbirinin mənfur düşmənlərimiz tərəfindən ləğvinə cəhd edildiyini vurğulayıb.
"Çox böyük tədbir idi. Xalq artisti Ənvər Sadıqovla birlikdə getmişdik. Tədbir Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinə dəstək məqsədi daşıyırdı.
Kennedi zalında azərbaycanlı olaraq ilk dəfə konsert verdik. Gələ bilməyən həmyerlilərimiz bilet alıb, ianə etmişdilər. O konsertləri vermək üçün nə qədər əziyyət çəkildi. Orada xeyli sayda erməni yaşayır. Nə qədər cəhdlər, etirazlar etdilər ki, konserti ləğv etsinlər", - deyə A.Bağırov vurğulayıb.
Rəşad Əliyev, Bizim.Media