Goranboy Rayon Polis Şöbəsinin Dövlət Yol Polis Bölməsinə yeni baş inspektor təyin edilib.
Bizim.Media apa-ya istinadən xəbər verir ki, bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb. Əmrə əsasən, polis baş leytenantı Elşən İsmayılov adıçəkilən qurumda baş inspektor vəzifəsini icra edəcək.
E.İsmayılov bunadək Daşkəsən rayon Polis Şöbəsinin Dövlət Yol Polis Bölməsində çalışıb.
Bundan əlavə, Şəmkir Rayon Polis Şöbəsinin Dövlət Yol Polis Bölməsinə yeni rəis təyin edilib. Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmrinə əsasən, Emin Əliyev Şəmkir rayon Polis Şöbəsinin Dövlət Yol Polis Bölməsinin rəisi vəzifəsinə təyin alıb.
Qeyd edək ki əvvəlki DYP rəisi Ramin Fətullayev bir neçə gün bundan əvvəl işdən çıxıb.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
20:52 / 31.07.2023
Şəmkir və Goranboyda DYP-də yeni TƏYİNATLAR OLUB
Hazırda oxunan: Şəmkir və Goranboyda DYP-də yeni TƏYİNATLAR OLUB
Hazırda oxunan: Şəmkir və Goranboyda DYP-də yeni TƏYİNATLAR OLUB
148845
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.