İrandan növbəti HİYLƏ – Özləri susdu, erməniləri KÜÇƏLƏRƏ ÇAĞIRDILAR...

Hazırda oxunan: İrandan növbəti HİYLƏ – Özləri susdu, erməniləri KÜÇƏLƏRƏ ÇAĞIRDILAR...

148790

İran hakimiyyəti Azərbaycana qarşı düşmənçilik fəaliyyətini təəssüf ki, hələ də davam etdirir. Onlar öz çirkin niyyətlərini həyata keçirmək üçün müxtəlif vasitələrdən istifadə edirlər. Bu fonda molla rejimi İranda yaşayan erməniləri də Azərbaycan əleyhinə qaldırmağa çalışır. 

Belə ki, məlumatlara görə, molla rejimi İranda yaşayan erməniləri kilsələrə, küçələrə çıxmağa vadar edir, onları Azərbaycan Respublikasının ərazi bütövlüyü əleyhinə şüarlar səsləndirməyə sövq edirlər. 

Xatırlatmaq yerinə düşər ki, hər il aprelin 24-də ölkədə yaşayan ermənilər İran polisinin müşayiəti ilə küçələrə çıxararaq Türkiyə əleyhinə şüarlar səsləndirirlər. 

Bizim.Media-ya açıqlamasında konfliktoloq Üzeyir Şəfiyev bildirir ki, molla rejiminin İran ermənilərini hərəkətləndirməsi İranın Azərbaycanın yaratdığı yeni reallıqdan ciddi narahatlıq keçirməsindən xəbər verir: 

“44 günlük müharibə ilə Azərbaycanın regionda geosiyasi reallığı dəyişdirməsi İranı qane etməyib. Bu əsasda da İran açıq və gizli şəkildə bir neçə dəfə Azərbaycana qarşı təxribatlara yol verib.

Azərbaycanın haqlı etirazlarından sonra isə indi artıq Tehran birbaşa özü deyil, müxtəlif instrumentləri vasitəsilə, eləcə də İranda yaşayan erməniləri ölkəmizə qarşı hərəkətləndirmək yolunu tutub. 

İranın burada məqsədi Azərbaycanın bölgədə yaratdığı yeni reallığın qəbuluna və Zəngəzur dəhlizinin açılmasına əngəl olmaqdır. Çünki bunların baş verməsini İran özü üçün təhlükə və qəbuledilməz hesab edir.

Ona görə də Azərbaycana qarşı bütün üsul və vasitələrdən istifadə edərək, prosesin qarşısının almağa çalışır. Bu yöndə indi də görünür İran ermənilərini ayağa qaldırmaq yolunu tutublar.

İran bununla Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasına qarşı çıxdığını da bəyan edir. Bu İranın ölkəmizə qarşı yeni təzyiq üsuludur. Ancaq İranın bu cəhdi də fayda verməyəcək. Azərbaycan öz müstəqil siyasətini davam etdirəcək”.

Rüfət Sultan, Bizim.Media 
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin