Saç boyasının ZƏRƏRLƏRİ – Xərçəngə səbəb ola BİLƏR

Hazırda oxunan: Saç boyasının ZƏRƏRLƏRİ – Xərçəngə səbəb ola BİLƏR

148778

Saç boyası hər yaşda insanların, həm kişilərin, həm də qadınların gözəllik üçün istifadə etdiyi məhsuldur. Yay aylarında isə bu məhsula təlabat xeyli artır. 

Dəyişiklik etmək insanların özlərini yaxşı hiss etməsinə səbəb olsa da, saç boyaları və içindəki kimyəvi maddələr əslində sağlamlığa əks təsir göstərir. Bu yan təsirlər yalnız saçlara deyil, orqanizmimizə də təsir edə bilər.

Bizim.Media saç boyalarının zərərlərini araşdırıb:

Saç boyaları qalıcılıq dərəcəsinə görə üç yerə bölünür. Bunlardan birincisi qalıcı boyalardır. Daimi boyalar istifadəçilərin 80%-nin üstünlük verdiyi boyalardır. Saç şaftında daimi kimyəvi dəyişikliklərə səbəb olurlar.

Bu boyaları tətbiq etdikdən sonra saç rəngi şampunla silinmir və istiyə davamlıdır. Daimi boyaların tərkibində çoxlu kimyəvi maddələr - hidrogen peroksid, parafenilendiamin (PPD) və ammonyak var. 

Qalıcı boyalar saç lifini və saç zülallarını zədələyir. Bundan əlavə, saçlarınızı belə kimyəvi maddələrlə müalicə etmək saçlarınızın qırılmasına səbəb olur. Böyük miqdarda ammonyak dərinin qıcıqlanmasına səbəb ola bilər.

PPD allergik reaksiyaya səbəb ola bilər. Buna görə də, tərkibində PPD olan məhsullardan ehtiyatlı olmalısınız. Bundan əlavə, bazarda ammiaksız saç boyalarında monoetanolamin adlı kimyəvi maddə istifadə olunur.

Bu maddə ammonyakla eyni təsirə malikdir və saçları zədələyir. Saçların rənglənməsi nəticəsində yaranan zərəri azaltmaq üçün öz saç rənginizə mümkün qədər yaxın rənglər seçməyə çalışın.

Yarı-qalıcı saç boyaları təxminən 6-12 yuma üçün saçda qalır. Onların tərkibində ammonyak yoxdur və daha az hidrogen peroksid ehtiva edir. Buna görə də onlar saça qalıcı boyalardan daha az zərər verirlər.

Hidrogen peroksid nə qədər az olarsa, boya saçdan bir o qədər tez çıxarılır. Onlar qalıcı boyalarla müqayisədə daha az zərərli olsalar da, qalıcılığı uzun olmadığı üçün müntəzəm tətbiqi zərər verə bilər.
Müvəqqəti saç boyaları isə ilk yuyulmada yalnız saçın səthinə yapışır və axır. Onlar tətbiq etməsi ən asan olan boyalardır. Bunlara əlavə olaraq, rəngaçanların istifadəsinə də çox üstünlük verilir. Ağartma çox edildiyində saçların qırılmasına və allergiyaya səbəb ola bilər.

Saçların boyama tezliyi necə olmalıdır?

Saçlarınızı davamlı olaraq tez-tez boyamaq və kimyəvi maddələrə məruz qoymaq saçınıza zərər verəcək. Normalda hər rəngləmə prosesi arasında təxminən 4-8 həftə fasilə olmalıdır, lakin bu, istifadə etdiyiniz boyadan asılı olaraq dəyişə bilər. Tez-tez boyama saçın qırılmasına, zədələnməsinə və solğunlaşmasına səbəb ola bilər.

Allergik reaksiyalar

Saç boyalarının tərkibində olan kimyəvi maddələr allergik reaksiyalara səbəb ola bilər. Saç boyalarına qarşı allergiyası olanların adətən bu kimyəvi maddələrdən birinə qarşı allergiyası olur. Saç boyalarında ən çox yayılmış allergiyaya səbəb olan maddə PPD olaraq da bilinən parafenilendiamindir.

Ən çox rast gəlinən əlamətlər baş dərisinin qaşınması, baş dərisinin qızartı və şişməsi, kəpək, göz və göz qapaqlarının ətrafında şişkinlik və nəhayət, göz, burun və üz ətrafında dərinin qabıqlamasııdır.

Bu maddəyə qarşı allergik reaksiyalar göstərirsinizsə, tərkibində PPD olmayan məhsullardan istifadə etməlisiniz. Kontakt permatit, ekzema və sədəf kimi dəri xəstəlikləri olanlar da bu cür saç boyalarından uzaq durmalıdırlar. İstifadə edə biləcəyiniz başqa bir alternativ isə üzvi saç boyalarıdır.
Saçınızı nə qədər tez-tez boyasanız, saçlarınız boyalardakı kimyəvi maddələrə bir o qədər çox məruz qalacaq. Saçın xarici səthində qoruyucu və təbii lipid təbəqəsi var. Bu təbəqə saçları nəmləndirir. Saç boyaları saçın qoruyucu təbəqəsini məhv edir. Bu, saçınızın parlaqlığını və nəmini itirməsinə səbəb olur. Saçlarınız daha mat, quru və kövrək olur. 

Saçınızı qırmaq zamanla saç tökülməsinə səbəb ola bilər. Saçlarınızın quruması və qırılmasının qarşısını almaq üçün nəmləndirici kondisionerlərdən istifadə etməyi unutmayın. Tətbiq etdiyiniz üsullar nəticə vermirsə, saçlarınızın qırıq uclarından xilas olmaq üçün saçlarınızı kəsdirə bilərsiniz. Quru və kövrək saçlara sahib olmaqdansa, saçlarınızın ölçüsünü qısaltmaq daha yaxşı olardı.

Qıcıqlanmış dəri

Saç boyaları təkcə saçınıza deyil, dərinizə də zərər verə bilər. Yanma hissi, qırmızı və pullu dəri, qaşınma və narahatlıq bəzi simptomlardır. Saç boyasının düzgün tətbiq edilməməsi belə simptomlara səbəb ola bilər. Bu səbəbdən saç boyasını özünüz tətbiq edirsinizsə, əlcək taxmağı unutmayın. 

Yamaq testi həm dəridə, həm də saçda erkən allergik reaksiyaları aşkar etmək üçün tətbiq oluna bilər. Bu testdə insanın kürəyinə allergik maddələr yapışdırılır və iki gün sonra yoxlanılır. Nəticəyə əsasən, allergik maddə aşkar edilir və xəstəyə həmin maddə olan məhsullardan istifadə qadağan edilir.

Digər sağlamlıq problemləri

Saçların rənglənməsi prosesi aparılarkən otaq mütləq havalandırılmalıdır. Çünki saç boyasındakı kimyəvi qoxu tənəffüs yollarını narahat edə bilər.

Xüsusilə qoxulara qarşı allergiyası olan insanlar üçün maska istifadə edilərək tətbiq edilməli olan saç boyası, göz qapaqlarında şişlik, göz və burun ətrafında dəri döküntüləri kimi reaksiyalarla müxtəlif xəstəliklərə səbəb ola bilər.

Saç boyalarının tərkibindəki kimyəvi maddələr təkcə dəridə deyil, digər bölgələrdə də sağlamlıq problemlərinə səbəb ola bilər. Məsələn, bəzi hallarda kimyəvi maddələrin gözlərlə təması nəticəsində konyunktivitə səbəb ola biləcəyi müşahidə edilmişdir.
Görülmüş başqa bir allergik reaksiya astmadır. Araşdırmalar göstərir ki, yüksək səviyyədə saç boyalarına məruz qalan saç ustaları dəri allergiyası və astma kimi simptomlar göstərə bilər. Bunun səbəbi PPD və ağardıcıların tərkibindəki persulfatdır.

Xərçəng riski yaradır

Tədqiqatlar PPD-nin xərçəngə səbəb ola biləcəyini sübut edib, lakin saç boyalarında olan miqdarın xərçəngə səbəb olub-olmadığı sübut olunmayıb. Amerika Xərçəng Cəmiyyəti deyir ki, saç boyalarının xərçəngə səbəb olub-olmaması ilə bağlı araşdırmalar mürəkkəb ola bilər, çünki hər bir saç boyası müxtəlif maddələri ehtiva edir.

Lakin araşdırmalar göstərir ki, o, saç rəngini tez-tez dəyişən və bu boyalardan istifadə edən insanlarda “lenfoma xərçəngi” riskinin yüksək olduğunu izah etdi.

Hamilə qadınların da saç boyasından istifadə etməsinin zərərli olduğuna dair sübut edilmiş məlumat yoxdur. Ancaq hamiləlik dövründə saç boyalarından istifadə etməmək tövsiyə olunur.

Röyanə Oğuz, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin