Surət Hüseynov ÖLMƏYİB? – YENİLƏNİB  

Hazırda oxunan: Surət Hüseynov ÖLMƏYİB? – YENİLƏNİB  

148771

Surət Hüseynov komaya düşüb. 

Bizim.Media xəbər verir ki, bu barədə “Qaynarinfo”ya sabiq baş nazirin yaxınları məlumat verib. 

Həkimlər əvvəlcə onun öldüyünü zənn ediblər. Lakin sonradan məlum olub ki, o komadadır.

Yaxınları Surət Hüseynovun hazırda reanimasiyada olduğunu bildirirlər.


*** 13:46

Azərbaycanın sabiq baş naziri Surət Hüseynov vəfat edib. 

Bizim.Media “gununsesi.info”ya istinadən xəbər verir ki, bu barədə Surət Hüseynovun yaxınları bildirib.

Məlumata görə, Moskvadan İstanbula gələn Surət Hüseynov təyyarə eniş edən zaman ürəktutmasından vəfat edib. 

Qeyd edək ki, Azərbaycanda “qiyamçı polkovnik” kimi tanınan Surət Hüseynov AXC-Müsavat hakimiyyətinin devrilməsində əsas füqur olub. 

Surət Hüseynov sonradan ömürlük həbs olunub. Prezident İlham Əliyev tərəfindən əfv sərəncamı ilə azadlığa buraxıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin