Doğuşdan sonra dünyasını dəyişən ananın ÖLÜM səbəbi MƏLUM OLDU – RƏSMİ

Hazırda oxunan: Doğuşdan sonra dünyasını dəyişən ananın ÖLÜM səbəbi MƏLUM OLDU – RƏSMİ

148753

Xəbər verildiyi kimi Bakıda qadın qeysəriyyə əməliyyatından sonra dünyasını dəyişib. Hadisə Respublika Klinik Xəstəxanasında qeydə alınıb. 

Bir ay əvvəl xəstəxanaya doğuşla bağlı müraciət edən, 35 yaşlı Günay Qasımovanın üzərində qeysəriyyə əməliyyatı aparılıb. Əməliyyatdan sonra ana körpəsi ilə birlikdə evə buraxılıb.

Lakin bir ay sonra qadının vəziyyəti pisləşib. Yenidən əməliyyat olunduğu xəstəxanaya yerləşdirilən ananın həyatını xilas etmək mümkün olmayıb.

Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyi (TƏBİB) Bizim.Media-nın sorğusuna cavab olaraq ananın ölüm səbəbini açıqlayıb: 
 

MÖVZU İLƏ BAĞLI:

Respublika Klinik Xəstəxanasında FACİƏ – Ana doğuşdan sonra ÖLDÜ 


“Qasımova Günay Ramiz qızı 27.07.2023-cü il tarixində saat 12:06-da “Bağırsaq keçməzliyi” diaqnozu ilə Akademik M.Ə. Mirqasımov adına Respublika Klinik Xəstəxanasının Təcili Tibbi Yardım Bölməsinə daxil olub.

Xəstənin vəziyyəti ağır olduğundan dərhal Reanimasiya şöbəsinə köçürülüb. Xəstə 28.07.2023-cü il tarixində saat 14:50-də əməliyyata alınıb. 

Aparılan tibbi  müdaxilələrə baxmayaraq 29.07.2023-cü il tarxində saat 10:00-da xəstə Günay Qasımovanın bioloji ölümü baş verib. Qeyd edək ki, Qasımova Günay Ramiz qızı 05.06.2023-cü il tarixində Xəstəxanamızın Hamiləliyin Patologiya şöbəsində keysəriyyə əməliyyatı olunub və artıq zahılıq dövrünü bitirib”.

Alçina Amilqızı, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin