Zaqatalada özünüməşğulluq proqramı çərçivəsində daha iki layihə həyata KEÇİRİLDİ - FOTO 

Hazırda oxunan: Zaqatalada özünüməşğulluq proqramı çərçivəsində daha iki layihə həyata KEÇİRİLDİ - FOTO 

148731

Zaqatalada özünüməşğulluq proqramı çərçivəsində daha iki layihə həyata keçirilib. Layihə iştirakçıları ilə görüş keçirilib, qurulmuş təsərrüfatların səmərəliliyi, gələcək prespektivləri müzakirə edilib. 

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev və Zaqatala rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə özünüməşğulluq proqramı çərçivəsində rayon sakinləri Gülşən Qocayeva və Abdulla Məmmədov üçün qurulmuş kiçik təsərrüfatlara baxış keçiriblər. 

Gülşən Qocayeva "kiçik dərzi sexi", Abdulla Məmmədov isə "kiçik dəmirçi sexi" biznes ideyaları üzrə özünüməşğulluq proqramı çərçivəsində aktivlərlə təmin edilib.

Hər iki proqram iştirakçısı qayğı ilə əhatə olunduqlarına, kiçik biznes sahələrini yaratmaları üçün göstərilən dəstəyə görə dövlət başçısına minnətdarlıqlarını bildiriblər.

Onlar verilmiş aktivlərdən düzgün istifadə edərək kiçik bizneslərini inkişaf etdirməyə çalışdıqlarını vurğulayıblar.

Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq məşğulluq proqramlarının genişləndirilməsi istiqamətində bu ilin ötən dövründə 171,6 min şəxs aktiv məşğulluq tədbirləri ilə əhatə olunub, o cümlədən 6,8 min şəxs özünüməşğulluq proqramına cəlb edilib. 






Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin