Ter-Petrosyan Paşinyana səsləndi: “Ermənistanı tərk et!”

Hazırda oxunan: Ter-Petrosyan Paşinyana səsləndi: “Ermənistanı tərk et!”

14870

Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyan respublikanın baş naziri Nikol Paşinyanı istefaya və Ermənistanı tərk etməyə çağırıb. Onun fikrincə, hazırkı dövlət başçısı nəyin bahasına olursa-olsun hakimiyyəti qorumaqla məşğuldur.

Bizim.Media xəbər verir ki, bu haqda məlumatı “armeniasputnik.am” saytı yayıb.
 

MÖVZU İLƏ BAĞLI:

Arutyunyan deyəsən xəzinə tapıb - Şuşadan qaçan erməni iş adamlarına pul verəcək


Mənbə yazır ki, Petrosyan yaxınlaşan parlament seçkilərinin Ermənistan tarixində ən biabırçı olacağına inanır.

"Cəmiyyətdə səslənən iddialarla razıyam ki, erkən seçkilər təşkil edilərsə, hakim qüvvə inzibati resursların geniş istifadəsindən çəkinməyəcək, nəticədə bütün seçki məntəqələri gərginlik ocağına çevriləcək”, deyə Ter-Petrosyan qeyd edib.

Ermənistanın ilk prezidenti düşünür ki, Paşinyanın istefası gərginliyi azaltmaq üçün lazımdır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin