Azərbaycanlı əsir danışır: “Vaqif Xaçatryan başımızı əzirdi” - ARXİV VİDEO

Hazırda oxunan: Azərbaycanlı əsir danışır: “Vaqif Xaçatryan başımızı əzirdi” - ARXİV VİDEO

148698

Meşəli qətliamını törədənlərdən biri, erməni terrorçu Vaqif Xaçatryanın həbsindən sonra Ermənistan isterikaya düşüb.  

Bizim.Media xəbər verir ki, onların fikrincə, rəsmi Bakı guya ittihamları “uydurub”. Təbii ki, iyulun 29-da Azərbaycan Dövlət Sərhəd Xidməti tərəfindən “Laçın” sərhəd-keçid məntəqəsində Xaçatryanın saxlanılması ilə bağlı Ermənistan tərəfinin iddiaları əsassızdır.

Çünki Azərbaycan Respublikası Baş Prokurorluğunun məlumatında göstərildiyi kimi, 1991-ci il dekabrın 22-də Vaqif Xaçatryan erməni silahlı birləşmələrinin bir qrupunun tərkibində Xocalı rayonunun Meşəli kəndində azərbaycanlı əhaliyə qarşı kütləvi qırğın törədib.

Qırğın zamanı 25 azərbaycanlı öldürülüb, 14 nəfər yaralanıb, 358 azərbaycanlı qovulub. Vaqif Çerkezoviç Xaçatryan qətliamla bağlı başlanmış cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 103-cü (soyqırım) və 107-ci (əhalini deportasiya və ya məcburi köçürmə) maddələri ilə təqsirləndirilərək məsuliyyətə cəlb edilib, barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib və o, məhz bu cinayət işi çərçivəsində iyulun 29-da Ermənistana gedərkən sərhəd-keçid məntəqəsində saxlanılıb.

Ermənilər, o cümlədən Xaçatryan elə bilirdilər ki, hamı hər şeyi unudub. Amma heç də elə dəyil.

Birincisi, Azərbaycan Ermənistanın xalqımıza qarşı törətdiyi hərbi cinayətləri heç vaxt unutmayacaq və Prezident İlham Əliyevin dəfələrlə vurğuladığı kimi, günahkarların hamısı cəzalandırılacaq və son nəticədə ədalət zəfər çalacaq.
İkincisi, elə dünən Meşəli qırğınının şahidlərindən biri Sabir Qasımov batalyonun cinayətlərindən danışıb. Onun İctimai Televiziyada tam müsahibəsini izləmək mümkündür.

Ancaq Xaçatryanın günahına dair daha çox sübutlar və faktlar hər gün ortaya çıxır. Məsələn, 2001-ci ildə lentə alınmış bir video internetdə yayılıb, orada azərbaycanlı Mail Məmmədov erməni silahlılarının ona məruz qaldığı dəhşətli işgəncələrdən danışır. M.Məmmədov bədənində qalan izləri də kameraya göstərib.

Həmin dəhşətli anlardan danışan məhbus ona işgəncə verənlərin adlarını çəkib. Onların arasında Vaqif adı da olub ki, onun da sahibi, M.Məmmədovun dediyinə görə, erməni olub:

"Bizi kənara çəkdilər. Bir erməni əlində qaynaqla içəri girdi və gördüm ki, xaç oymadır. O, "çıxın" dedi. Çıxdım, dustaqlar küçəyə yığılmışdı. Məhkumların gözü qarşısında məni yerə yıxdılar, bu xaç damğasını vurublar. Bu xaçı [damğasını] mənə Artur, Vaqif və başqa biri vurub. Sonuncu [ayağını xaçın üstünə] basdı, Artur və Vaqif xaçı kəsdilər.

Vaqif erməni idi. Daha bir məhbus gətirildi. Məni də onun yanına qoydular. Əlləri məftillə bağlanmışdı. Mədəsində bir deşik var idi, cır-cındırla örtülmüşdü. Ümumiyyətlə, yarası dəhşətli vəziyyətdə idi. Gözündən qan axırdı.

Onlar [ermənilər] gəlib onu dəyənəklə döydülər. Sonra yıxdılar və başını əzdilər, gözləri yuvasından çıxdı. Sonra onu küçəyə apardılar. Bir ay keçdi, gördüm ki, başını kəsiblər”.

Gördüyünüz kimi, Xaçatryanın günahına heç bir şübhə yoxdur, lakin erməni tərəfi hələ də hesab edir ki, o, heç bir səhv etməyib, sadəcə bir sürücü olub.

25 mülki azərbaycanlını qətlə yetirmiş hərbi cinayətkar Vaqif Xaçatryanın saxlanmasına Ermənistanın rəsmi, ictimai və media strukturlarının etirazı dövlət səviyyəsində hərbi cinayətlərə dəstək və haqq qazandırmaq aktından başqa bir şey deyil.

Azərbaycan dövləti 90-cı illərin əvvəllərində azərbaycanlılara qarşı vəhşiliklər törədənlərin ədalət qarşısında cavab verməsi və cəzalandırılması istiqamətində səylərini davam etdirəcək.

Xaçatryan soyqırım aktı törədib və istintaqdan sonra qanunun ən yüksək həddi ilə cəzalandırılacaq. O, bütün qatillər kimi, hər şeyə görə cavab verəcək.
 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin