Polşa baş nazirindən vaqnerçilərlə bağlı AÇIQLAMA: “Suvalki dəhlizinə yaxınlaşıblar”

Hazırda oxunan: Polşa baş nazirindən vaqnerçilərlə bağlı AÇIQLAMA: “Suvalki dəhlizinə yaxınlaşıblar”

148620

Rusiyadan Belarusa gələn Vaqner hərbi qruplaşmasının 100-dən çox muzdlu döyüşçüsü Polşa ilə sərhədə tərəf irəliləməyə başlayıb.

Bizim.Media xəbər verir ki, bunu Polşanın baş naziri Mateuş Moravetski deyib.

Onun sözlərinə görə, vaqnerçilər Suvalki dəhlizinə - Polşa-Litva sərhədinin 100 kilometr uzunluğu olan strateji hissəsinə yaxınlaşıblar.

“Şübhəsiz, bu, Polşa ərazisinə hibrid hücum istiqamətində bir addımdır. Çox güman ki, muzdlular Belarus sərhədçiləri libasına bürünəcək və Polşada sabitliyi pozmaq üçün qeyri-qanuni mühacirlərin ölkəmizə girməsinə kömək edəcəklər”, - deyə Moravetski bildirib.
NATO ekspertləri Belarusla Kalininqrad regionunu birləşdirməyə, Estoniya, Litva və Latviyanı Aİ və Alyansın əsas qüvvələri ilə əlaqəsini kəsməyə imkan verə biləcək Suvalki dəhlizinin Rusiya tərəfindən zəbt olunması ssenarisini dəfələrlə nəzərdən keçiriblər.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin