ABŞ-nin Texas ştatının Arlinqton şəhərində keçirilən “Barselona” – “Real Madrid” yoldaşlıq oyununda katalonlular rəqibini darmadağın ediblər.
Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, oyun AT&T stadionunda keçirilib. Matçı 82 mindən çox tamaşaçı izləyib.
“Barselona”nın heyətində Usman Dembele (15-ci dəqiqədə), Fermin Lopes Martin (85) və Ferran Torres (90+1) hər biri 1 qolla fərqləniblər. İyirminci dəqiqədə Vinisius Junior “Barselona”nın qapısına təyin edilmiş penaltini qola çevirə bilməyib.
Qeyd edək ki, daha öncə “Barselona” “Vissel Kobe”ni (2:0) udub, “Arsenal”a isə uduzub (3:5). “Real Madrid” isə bundan əvvəl “Milan”ı (3:2) və “Mançester Yunayted”i (2:0) üstələyib.
Növbəti oyunda “Barselona” “Milan”la, “Real” isə “Yuventus”la qarşılaşacaq. Qarşılaşmalar müvafiq olaraq avqustun 2-də və 3-də keçiriləcək.
Bizim.Media