Daşkəsəndə arvadını və qayınatasını bıçaqlayan şəxs SAXLANILDI 

Hazırda oxunan: Daşkəsəndə arvadını və qayınatasını bıçaqlayan şəxs SAXLANILDI 

148567

Daşkəsən Rayon Polis Şöbəsinə rayonun Bayan kənd sakinləri - 1965-ci il təvəllüdlü İ.Quliyev və onun qızı 1997-ci il təvəllüdlü A.Quliyevanın bədənin kəsilmiş-deşilmiş yaraları alaraq xəstəxanaya yerləşdirilməsi barədə məlumat daxil olub. 

Bizim.Media xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov məlumat verib. 

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxslərə kəsici alətlə xəsarət yetirən şəxsin Röyal Allahverdiyev olması müəyyən edilib. 
Şübhəli şəxs saxlanılaraq istintaqa təhvil verilib. Faktla bağlı araşdırmalar davam etdirilir. 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin