Cari ilin iyul ayında Kanada, Qazaxıstan və Türkiyə də daxil olmaqla, bir çox ölkədə buğda istehsalı proqnozu 783,3 milyon tona yüksəldilib.
Bizim.Media xəbər verir ki, bu barədə Dünya Bankının “Ərzaq təhlükəsizliyi yenilənməsi” adlı hesabatda əks olunub.
Qeyd edilir ki, 2023-cü il üçün qarğıdalı istehsalı proqnozu isə demək olar ki, dəyişməyib və 1211,3 ton səviyyəsində qalıb.
Sənəddə, hasilatın isə 2022-ci ildəki səviyyəsini 4,2 faiz üstələməsi və yüksəlişin yenidən mümkün olduğu bildirir.
2023-2024-cü illər üçün düyü istehsalı proqnozu da ay ərzində marjinal olaraq artırılaraq 523,7 milyon tona çatdırıldı. Bu da ekvator boyu və cənubundakı ölkələrdə hasilat proqnozlarının yüksəlməsini əks etdirir.
2023-2024-cü illər üçün soya paxlası istehsalı proqnozu bu ilin iyun ayından etibarən 403 milyon tona endirilib ki, bu da ABŞ, Braziliya, Hindistan və Zambiya üçün yuxarıya doğru düzəlişləri kompensasiya edən aşağı proqnozlar hesabına təmin edilib.
Rövşən.Ziya, Bizim.Media

- A-
- A
- A+
İqtisadiyyat
14:20 / 29.07.2023
Buğda istehsalı ilə bağlı MÜSBƏT PROQNOZ
Hazırda oxunan: Buğda istehsalı ilə bağlı MÜSBƏT PROQNOZ
Hazırda oxunan: Buğda istehsalı ilə bağlı MÜSBƏT PROQNOZ
148521
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.