“Otuz il torpaqlarımızı işğal altında saxlayan mənfur düşmən bir daşı daş üstə qoymayıb. Görün yollar nə gündədir. Bu yollar 30 il ərzində asfalt görməyib”.
Bizim.Media xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Füzuli və Xocavənd rayonlarına səfəri zamanı deyib.
MÖVZU İLƏ BAĞLI:
İlham Əliyev: "Füzulidən Şuşaya yol çəkilir. Zəfər yolu çəkilir" - VİDEO
Dövlət başçısı bildirib: “Onların bütün təbliğatı yalandır. Bütün tarixi saxtadır. Özlərini dövlət adlandırırlar. Dırnaqarası Artsax dövləti. Cəhənnəmə getdi. Dövlət idisə, niyə daş daş üstə qoyulmayıb. Çünki bilirlər ki, torpaq onların torpağı deyil. Torpaq azərbaycanlıların torpağıdır”.
Dövlət başçısının videogörüntüsünü Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva İnstagram səhifəsində paylaşıb.
Bizim.Media