Prezident İlham Əliyev “Nəqliyyat vasitələrinin ödənişli parklanmasından daxil olan vəsaitdən istifadə Qaydası”nı təsdiq edib.
Bizim.Media xəbər verir ki, ölkə başçısı Nazirlər Kabinetinə bu Fərmandan irəli gələn məsələləri həll etməyi tapşırıb.
Qaydaya əsasən, Nəqliyyat vasitələrinin ödənişli parklanmasından daxil olan vəsaitdən istifadə Qaydası “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 53-cü maddəsinin XII hissəsinə əsasən hazırlanmışdır və dövlət avtomobil yollarında nəqliyyat vasitələrinin ödənişli parklanmasından daxil olan vəsaitdən istifadə ilə bağlı təşkilati və hüquqi məsələləri tənzimləyir.
Bakı şəhərinin inzibati ərazisi istisna olmaqla, dövlət avtomobil yollarında təşkil edilmiş parklanma yerlərindən daxil olan vəsait Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyində açılmış büdcədənkənar vəsaitlər üzrə xüsusi xəzinə hesabına yığılır.
Bakı şəhərinin inzibati ərazisində dövlət avtomobil yollarında təşkil edilmiş parklanma yerlərindən daxil olan vəsait Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin bank hesabına yığılır.
Bu Qaydada istifadə olunan anlayışlar “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu və Azərbaycan Respublikasının digər normativ hüquqi aktları ilə müəyyən edilmiş mənaları ifadə edir.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
12:38 / 29.07.2023
Ödənişli parklanma ilə bağlı qaydalar TƏSDİQLƏNDİ
Hazırda oxunan: Ödənişli parklanma ilə bağlı qaydalar TƏSDİQLƏNDİ
Hazırda oxunan: Ödənişli parklanma ilə bağlı qaydalar TƏSDİQLƏNDİ
148504
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.