Azərbaycanda B və C hepatitlərinin yayılmasına qarşı mübarizə tədbirləri aparılır.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Bizim.Media-ya verilən məlumata görə, ölkəmizdə B və C hepatitli xəstələrin virus əleyhinə dərman preparatları ilə təmin olunması üzrə komissiya fəaliyyət göstərir.
Sözügedən komissiya B və C virus hepatiti infeksiyasına yoluxmuş xəstələrin virusəleyhinə dərman preparatları ilə təmin olunması məqsədilə 2020-ci ildə TƏBİB-in tabeliyindəki Kliniki Tibbi Mərkəzin bazasında yaradılıb. Komissiya tərəfindən ilk xəstələrin qəbulu 2022-ci il aprelin 20-dən başlayıb.
TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanovun əmri ilə bu il yanvarın 31-də komissiyanın Əsasnaməsi təsdiq edilib. Komissiya sədr, katib və 5 nəfər ixtisaslı həkimi olan üzvlərdən ibarətdir.
2023-cü ilin iyul ayına qədər komissiyanın fəaliyyəti nəticəsində 1329 nəfər müayinə olunub. Onlardan 61 faizi kişi, 39 faizi isə qadındır. Komissiyadan keçən xəstələrdən 367 (27,6 faiz) nəfərə hepatit B, 934 (70,3 faiz) nəfərə hepatit C və 25 (1,9 faiz) nəfərə hepatit B və C ko-infeksiyası diaqnozu qoyulub.
B və C virus hepatitlərdən müalicə almış insanların sayı 1086 (müraciət edənlərdən 82 faiz) nəfər olub. Onlardan 502 (46,2 faiz)nəfər Bakı şəhəri qeydiyyatında olanlardır.
Müalicəyə cəlb olunan şəxslərdən 840 (77,3 faiz) hepatit C, 227 (20,9 faiz) hepatit B, 19 (1,7 faiz) nəfər isə hepatit B və C ko-infeksiyasına qarşı dərman preparatları ilə təmin olunub.
Hepatitlərinin müalicəsinin əlçatanlığını təmin etmək məqsədilə ölkəmizin digər regionlarında da komissiyaların təşkili planlaşdırılır. Əhali arasında viruslu hepatitlərin yayılmasının qarşısını almaq üçün TƏBİB müvafiq beynəlxalq qurumlarla işi davam etdirir.
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) hepatitlərin eliminasiya strategiyası çərçivəsində 2030-cu ilə qədər hepatitə yeni yoluxmaların 90 faiz, hepatitlə əlaqəli ölümlərin isə 65 faiz azaldılmasını hədəfləyib.
Bu məqsədlə hepatitlərin diaqnostikası, immunoprofilaktikası və müalicəsinin ilkin səhiyyə xidmətləri çərçivəsində əlçatanlığı təmin olunmalıdır.
Qeyd edək ki, ÜST-ün 2019-ci ildə verdiyi məlumatlara əsasən, dünyada hepatit C ilə yaşayan insanların sayı 58 milyon, hepatit B ilə isə 296 milyon nəfər təşkil edib ki, onlardan da 1,1 milyon nəfəri 2019-cu ildə vəfat edib.
Əlverişli, təhlükəsiz və effektiv müalicə üsulları ilə hepatit B ilə yaşayan insanlarda qaraciyər xəstəliklərinin və qaraciyər xərçənginin qarşısını alması, eyni zamanda, hepatit C ilə yaşayan insanları isə tam sağaltmağın mümkün olmasına baxmayaraq, ÜST-ün hesablamalarına görə, dünyada hepatit B infeksiyasına yoluxmuş insanların yalnız 10 faizi, hepatit C infeksiyasına yoluxmuş insanların isə 21 faizi öz xəstəliklərindən xəbərdardır.
Bizim.Media
- A-
- A
- A+
COP29
19:00 / 28.07.2023
Bu ilin iyuluna qədər Azərbaycanda 934 nəfərdə hepatit C virusu AŞKARLANIB
Hazırda oxunan: Bu ilin iyuluna qədər Azərbaycanda 934 nəfərdə hepatit C virusu AŞKARLANIB
Hazırda oxunan: Bu ilin iyuluna qədər Azərbaycanda 934 nəfərdə hepatit C virusu AŞKARLANIB
148416
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.