Xalq artisti Brilliant Dadaşova sosial şəbəkədə müzakirə predmetinə çevrilən bəylə gəlinin videosuna sərt şəkildə münasibət bildirib.
Bizim.Media xəbər verir ki, kadrlarda bəyin tortun kiçik dilimini gəlinə vermək əvəzinə anasına verməsi əks olunub.
B. Dadaşova bəyin bu hərəkətini qeyri-etik adlandıraraq “başına qaxınc edib”:
“Bu qız mənim övladım olsaydı, bu anlamaz oğlana cəhənnəmi bu dünyada yaşadardım. Həmin dəqiqə hər şey bitməli idi. Anası da cahildir, ağzını açır. Timsah”.
Rəşad Əliyev, Bizim.Media