“Köhnə qatara kondisioner quraşdırmağa yenisini almaq qədər xərc lazımdır” – Bakı Metropoliteni

Hazırda oxunan: “Köhnə qatara kondisioner quraşdırmağa yenisini almaq qədər xərc lazımdır” – Bakı Metropoliteni

148372

Bakı metrosunun bir sıra qatarlarında kondisioner işləmir. Bu səbəbdən də metrodan istifadə edənlər isti yay günlərində xeyli əziyyətə qatlaşmalı olurlar. Təsadüfi deyil ki, son günlər havanın temperaturunun kəskin yüksəlməsi metro sərnişinlərinə əlavə problem yaradıb.

Maraqlı məqam isə, bir sıra hallarda yeni qatarlarda da bu problemin yaşanmasıdır.

Məsələ ilə bağlı “Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov Bizim.Media-ya bildirib ki, bəzi qatarlarda kondisionerlərin olmamasının səbəbi var:
 

MÖVZU İLƏ BAĞLI:

Bakı metrosunda 17 yeni eskalator QURAŞDIRILACAQ – FOTO    


“Bu qatarlar köhnə nəsil qatarlardır. Və istehsal zamanı onlara kondisioner sistemi quraşdırılmayıb. İndiki vəziyyətdə həmin qatarlara kondisioner quraşdırmaq yeni nəsil qatar almaq qədər xərc tələb edir”.

Bəxtiyar Məmmədov onu da qeyd edib ki, hazırda “Bakı Metropoliteni”nin balansında 61 qatar var:

“Onlardan yalnız 23-ü yeni nəsildir. Və bu qatarlarda ən müasir tələblər səviyyəsində xidmət göstərilir. Lakin, 38 qatar köhnə nəsildir. Onlarda bir sıra çatışmazlıqlar var. O cümlədən həmin qatarlarda kondisioner sistemi yoxdur. Biz gün ərzində xəttə 40-46 qatar buraxırıq. Onların da yalnız yarısı yeni nəsil qatarlardır. Problem də bununla bağlıdır”.

Surxay Atakişiyev, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin