Dünya yeni təhlükə ilə üz-üzə: MARBURG VİRUSU

Hazırda oxunan: Dünya yeni təhlükə ilə üz-üzə: MARBURG VİRUSU

148351

Ötən il yoluxucu xəstəlik olaraq elan edilən Marburg virusu yenidən dünya üçün təhlükəyə çevrilib.

Bizim.Media Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ümumdünya  Səhiyyə Təşkilatından xüsusitə təsdiq edilmiş peyvənd və spesifik müalicəsi olmayan virusla bağlı xəbərdarlıq yayılıb.

Qeyd edək ki, virus haqqında Dr.Təlimatçı Üzv Bengisu Ay öz açıqlamasında Marburq virusunun mənbəyinin Afrikada yaşayan bir meyvə yarasası olduğunu ifadə edib.

“Marburq virusu insanlar və meymunlara təsir edən nadir, lakin ağır ölümcül hemorragik qızdırma virusudur. Virusun heyvandan insana ötürülməsindən sonra infeksiya insandan insana təmas yolu ilə yayılır.. Yoluxmuş şəxslərin bədən mayelərinin damcıları ilə, qan vasitəsilə və ya digər əşyalarla təmas zamanı yoluxma halları baş verə bilər. Nadir hallarda cinsi yolla ötürülməsi mümkündür. Marburq virusu hava yolu ilə keçmir”.

Virusun 5-10 gün aralığında inkubasiya dövründən keçdiyini bildirən mütəxəssis qeyd edib ki, “Xəstə insanda simptomlar görünənə qədər xəstəlik yoluxucu deyil. 5-10 günlük inkubasiya dövründən sonra ilkin simptomlar kəskin şəkildə başlayır və qızdırma, titrəmə, baş ağrısı və əzələ ağrıları olur.
Semptomların başlamasından təxminən 5-ci gündə bədəndə səpgilər görünə bilər. Bulantı, qusma, sinə ağrısı, boğaz ağrısı və ishal halları mümkündür. Marburq hemorragik qızdırması ölmüş xəstələrin qan və toxuma nümunələrində retrospektiv olaraq diaqnoz təyin edilə bilər. 

Xəstəliyin müalicə yollarından bəhs edən mütəxəssis bildirib ki, “Hazırda Marburq virusuna qarşı təsdiqlənmiş peyvənd və ya spesifik müalicə yoxdur.

Xəstəxanada müalicə aparılmalıdır. Uqanda və Mərkəzi Afrikanın digər hissələri də daxil olmaqla ekzotik əraziləri ziyarət edən səyahətçilər üçün infeksiyaya məruz qalma riski yüksəkdir. Xəstəliyin görüldüyü ərazilərə səyahət edəcək olanlar, diri və ya ölü meyvə yarasaları, primatlar və onların maraq dairələri ilə təmasdan qaçmalı, vəhşi heyvan əti yeməməli, xəstə olduğu düşünülən insanlarla yaxın təmasdan qaçmalı, əllərini tez-tez yumalıdır. 

Aysu Allahverdiyeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin