Aşura günü ilə bağlı məscidlərdə qanvermə aksiyası KEÇİRİLİR 

Hazırda oxunan: Aşura günü ilə bağlı məscidlərdə qanvermə aksiyası KEÇİRİLİR 

148322

Bu gün Məhərrəm ayının Aşura günüdür. 

Bizim.Media xəbər verir ki, Aşura günü ilə əlaqədar paytaxtda 8 məscid və ziyarətgahlarda, regionlarda isə Mərkəzi Qan Bankının bölmələrində qanvermə aksiyaları keçirilir. 

Səhiyyə Nazirliyi və Qafqaz Müsəlmanları İdarəsinin birgə təşəbbüsü ilə keçirilən aksiyaya 160 personal cəlb edilib. 
Qanvermə aksiyasında 18-65 yaş arası, çəkisi minimum 50 kq olan sağlam fiziki şəxslər iştirak edə bilərlər. 

Aksiya aşağıdakı ünvanlarda keçirilir 

Bakı şəhəri üzrə: 

Xəzər rayonu Mirmövsüm Ağa Ziyarətgahı 

Nəsimi rayonu Göy məscidin (Əjdərbəy) mərasim zalı 

Nizami rayonu Sahib əz-Zaman məscidi 

Səbail rayonu Bibiheybət məscid ziyarətgahı 

Suraxanı rayonu Qaraçuxur məscidi 

Yasamal rayonu Təzə Pir məscidi 

Yasamal rayonu Hacı Soltanəli məscidi 

Binəqədi rayonu İmam Əli məscidi 

Mərkəzi Qan Bankının Gəncə, Lənkəran, Sumqayıt, Mingəçevir, Şəki, Şirvan, Bərdə və Quba bölmələri. 

Ümumilikdə, qanvermə aksiyaları 8 məscid və ziyarətgahda, habelə 8 səhiyyə müəssisəsində həyata keçirilir. 

Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası dindarlara müraciətində qeyd edir ki, məhərrəmlik mərasimləri zamanı müxtəlif alətlərlə bədənə xəsarət yetirmək, qan çıxarmaq, qurşağadək soyunaraq sinə vurmaq və s. dinimizə görə qəbuledilməzdir.
Həmçinin QMİ Qazılar Şurası yerlərdəki nümayəndələrinin nəzərinə çatdırır ki, “Dini etiqad azadlığı haqqında” qanunun müddəalarına riayət edərək dini mərasimləri məscid, ziyarətgah və onlara aid ərazilərdə keçirsinlər. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin